“Qalib Azərbaycan ordusunu tarixi uğuruna görə təbrik edirəm”- ƏRDOĞAN

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanın bölgədəki uğurlu əməliyyatından sonra Qarabağda sülhün bərqərar olacağına ümid etdiyini bildirib.

Azpost.info xəbər verir ki, Ərdoğan deyib ki, Qarabağda əməliyyatın qısa müddətdə, mülki şəxslərin hüquqlarına son dərəcə həssaslıqla yanaşılaraq başa çatdırılması qürurverici haldır.

“Qalib Azərbaycan ordusunu həm tarixi uğuruna, həm də mülki insanlara qarşı humanitar münasibətinə görə ürəkdən təbrik edirəm”, – Ərdoğan bildirib.

O, Qarabağda aparılan antiterror əməliyyatı və son qələbə ilə bölgədə hərtərəfli normallaşma üçün yeni imkan pəncərələrinin açıldığını vurğulayıb: “Ermənistadan bundan sonra ona uzadılan sülh əlini tutmasını və səmimi addımlar atmasını gözləyirik”.

Azpost.info

Əvvəlki məqalə

“Qarabağ artıq qaynar nöqtə deyil, münaqişə başa çatıb”

Sonrakı məqalə

Xocalıda erməni nümayəndələri ilə keçirilən görüşdən rəsmi AÇIQLAMA