Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

Qalib qazilər və kağız tələb edən məmurlar…

User 04 İyun 2022 - 14:11 (Last updated: 21 May 2025 - 20:15)
hikmet qazi
Qazilərə əlillik dərəcələrinin verilməsi ilə bağlı son günlər müşahidə olunan narazılıqlar diqqətdədir. Məncə, bu problemin bir səbəbi rəsmi sənədlərin düzgün əlaqələndirilməməsi ilə bağlıdır.
Qanunvericiliklə bağlı bəzi sənədlərə baxdım. Burada bir sıra suallar meydana çıxır.
Bu gün əlillik dərəcəsinin təyini üçün əsas meyar sabiq Baş nazir Artur Rəsizadənin imzaladığı, Nazirlər Kabinetinin 2015-ci ildə dekabrın 30-u tarixli təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən edilməsinə dair” Əsasnamə” götürülür.
Əsasnaməni oxududa görmək olar ki, bu sənəd sülh dövrü üçün xarakterik olan əlillik faktlarına fokuslanıb. Sənəddə müharibə dövründə hərbi qulluğa çağırılmış şəxslərin ala biləcəyi spesifik zədələr, yaralar, əlilliklər barədə heç nə yoxdur.
Bu Əsasnaməyə görə, avtoqəzada ayağını itirənlə müharibədə şikəst olanlar arasında hər hansı fərq qoyulmur.
Bu isə iki müharibə periodu yaşamış bir ölkə üçün qəribə görünür.
Sahil Babayevin Nazirliyi də bu Əsasnaməyə uyğun qərar verir.
Vəziyyəti idarə etmək, qazilərimizin əlilliyinin sürətlə və operativ şəkildə müəyyənləşdirilməsi üçün 13 yanvar 2021-ci ildə Nazirlər Kabinetinin qərarı ilə xüsusi komissiya yaradılıb. aidiyyəti dövlət qurumlarının səlahiyyətli nümayəndələrindən ibarət işçi qruplara xəsarət almış hərbi qulluqçuları yerində müayinə edilməsi həvalə olunub.
Bundan başqa əliliyinin müharibə ilə bağlı olması Müdafiə Nazirliyinin Tibb İdarəsi tərəfindən xəstəlik haqqında şəhadətnaməsi ilə müəyyənləşir. Belə ki, Vətən müharibəsində yaralanmış hərbçilərə əlillik təyin edilərkən əsas sənəd kimi Müdafiə Nazirliyinin Hərbi həkim komissiyası tərəfindən verilən xəstəlik şəhadətnaməsi istifadə edilir.
“Ötür-ötür oyunu”, qanunlarda boşluqlar, məmur bürokratiyası, “yaxanı kənara çəkmə” son nəticədə narazılığa rəvac verir.
Göründüyü kimi bu məsələnin dəqiq tənzimlənməsi üçün qanunda və hökumətin çevik hərəkətini müəyyən edəcək dəyişikliklərə ehtiyac var. İlk olaraq Yeni Əsasnamə hazırlanmalıdır. Burada Azərbaycanda son iki Qarabağ müharibəsinin iştirakçıları ilə bağlı dəqiq maddələr öz əksini tapmalıdır.
Müharibədə yaralanmış hərbçilərimizin sayı 12 min civarındadır.
Nazirlər Kabinetinin 2021-ci il üçün hesabatına görə, Vətən müharibəsinin 3729 qazisi əlillik üçün müraciət edib və onların 2515 nəfərinə əlillik təyin edilib. Deməli hələ qarşıda xeyli iş durur.
Prezident İlham Əliyevin Sərəncamına əsasən, 2022-ci il iyul ayının 1-dən yeni Əsasnamənin tətbiqinə başlanılacaq.
Yəqin bundan sonra bu prosesin koordinasiyası daha məsuliyyətli şəkildə aparılacaq.
Vətən Müharibəsi Qaziləri Vətənə borclarını ödəyiblər. Bizi məğlubiyyət sindromundan çıxardıblar. Onlara qalib kimi yaraşan haqlarını verməliyik.
Hər birinə!
X.SƏFƏROĞLU 

Post navigation

Previous: Ukrayna Hindistandan təhlükəsizliyinə qarant olmağı istəyib
Next: Ukrayna-Rusiya danışıqlarına fasilə verilib –

Oxşar xəbərlər

DIN
  • Sosial

Borca görə axtarışda olan 88 nəfər saxlanılıb

User 23 Oktyabr 2026 - 10:00
manat
  • Sosial

DSMF əmək pensiyalarının bərpası və yenidən təyin edilməsi qaydalarını açıqlayıb

User 22 Oktyabr 2026 - 19:36
din prokurorluq
  • Sosial

Bakıda 25 il əvvəlki qətlin üstü açıldı -RƏSMİ AÇIQLAMA

User 22 Oktyabr 2026 - 17:41

xƏBƏR

neft kemer
  • İqtisadiyyat

Neftin qiyməti 114 dollara yaxınlaşdı – bahalaşma davam edir

User 23 Oktyabr 2026 - 10:48
Cümə günü səhər saatlarında dünya bazarında neftin qiyməti artmaqda davam edib. Bu, əvvəlki gün baş verən kəskin...
Read more about Neftin qiyməti 114 dollara yaxınlaşdı – bahalaşma davam edir
İran bu ölkələrə ultimatum verdi – ABŞ-a dəstək olsalar, nə baş verəcək? iran-balistychna-raketa-koll1
  • Dünya

İran bu ölkələrə ultimatum verdi – ABŞ-a dəstək olsalar, nə baş verəcək?

User 23 Oktyabr 2026 - 10:42
Koçaryanın oğlunun həbs müddəti 2 ay uzadıldı kocaryan oqlu
  • Dünya

Koçaryanın oğlunun həbs müddəti 2 ay uzadıldı

User 23 Oktyabr 2026 - 10:36
2027-ci il büdcəsi haqqında qanun layihəsi Milli Məclisə daxil olub budce
  • Baş Yazı

2027-ci il büdcəsi haqqında qanun layihəsi Milli Məclisə daxil olub

User 23 Oktyabr 2026 - 10:24
Bu günə olan valyuta məzənnələri bankomat_dollar_141021
  • İqtisadiyyat

Bu günə olan valyuta məzənnələri

User 23 Oktyabr 2026 - 10:06
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.