Sofiya Hadjipanteli qeyri-adi görünüşü ilə diqqəti çəkən yunan modelidir. Qız Kiprdə doğulub və uşaq ikən ailəsi ilə birlikdə ABŞ-a köçüb. Orada marketinq üzrə təhsil almağa qərar verib. Paralel olaraq Hugo Boss və Guess brendləri üçün model kimi çalışıb.
Azpost.info bildirir ki, Sofiya həm də ənənəvi gözəllik standartlarını pozan modeldir. Onun sosial mediada 500 mindən çox izləyicisi var. Sofiya burada özü və işi haqqında foto və videolar paylaşır.

Sofiya qadınları özünəməxsus xüsusiyyətlərindən utanmamağa və daha inamlı hiss etməyə ruhlandırır.
Qalın qaşları Sofiyaya anasından miras qalıb. “Qardaşımın və atamın da çox gözəl qaşları var. Ona görə də mən öz qaşlarımdan utanmamağı öyrəndim” -deyə Sofiya bildirib.
Qız təbii sarışın olduğu üçün qaşlarına daim qulluqdan yorulurdu. Bir dəfə Sofiya təsadüfən qaşlarını qara rəngə boyayıb. Qardaşı ona bunun yaraşdığını deyib. Qızın dediyinə görə, belə qalın qaşları böyütmək qərarı bir anlıq olmayıb, o, bu qərara tədricən gəlib.
“Ünvanıma tənqidləri eşidirəm. İncidir məni. Amma mən özümü müdafiə etməyə və özümə inanmağa öyrəşmişəm”-, Sofiya deyir.


