Qanunsuz miqrasiya ilə bağlı 10 nəfər axtarışa verilib, 97 saxta möhür aşkarlanıb

 

Hazırda qanunsuz miqrasiya ilə məşğul olmaqda təqsirləndirilən 7 nəfər istintaqa cəlb edilib.

Baş Prokurorluğun İstintaq İdarəsinin rəisi Nemət Əvəzov deyib.
O bildirib ki, qeyd olunan cinayət işləri Baş Prokurorluğun İstintaq idarəsində araşdırılır: “Bu cür qanunsuz miqrasiyanı təşkili və saxta sənədlərlə vizaların rəsmləşdirilməsi faktı ilə bağlı cinayət işləri var. Bu işlər üzrə 7 nəfər barəsində cinayət işi başlanıb və 10 nəfər yaxın şəxs isə axtarışa verilib. Axtarışlar zaman müxtəlif dövlət qurumlarına aid 97 saxta möhür aşkarlanıb”.

N. Əvəzov, həmçinin Avropadan Azərbaycana qaytarılan şəxslərlə bağlı danışıb. Bildirib ki, xarici ölkələrdən qaytarılan şəxslərin hər birinin dindirilməsi prokurorluq tərəfindən təmin edilib: “Onların dindirilməsi zamanı cinayət tərkibi olan zaman həmin şəxslərlə bağlı cinayət təbiqi aparılır”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Azərbaycan XİN Serbiyanı təbrik edib

Sonrakı məqalə

Baş Prokurorluq: