Qara dənizə düşən ABŞ dronunun görüntüləri yayılıb –VİDEO

Martın 14-də Qara dəniz üzərində suya düşən ABŞ dronunun videogörüntüləri yayılıb.

Videogörüntü Rusiya Hava Kosmik Qüvvələrinin Su-27 qırıcısının kabinəsindəki kamera vasitəsilə qeydə alınıb.

Videogörüntüdə ABŞ-ın RQ-9 PUA-sının havada uçarkən və yanından Rusiya qırıcısının keçmə anı müşahidə olunur.

Qeyd edək ki, Rusiya Müdafiə Nazirliyinin iddia etdiyinə görə, martın 14-də Qara dəniz üzərində – Krımın hava ərazisində ABŞ dronu hava sərhədini pozub, daha sonra PUA idarəetməni etirərək suya çırpılıb.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.