Qara dənizdə, “Zmeiynıy” adasında Rusiyaya məxsus “Admiral Makarov” freqatı yanır.
Azpost.info bildirir ki, bu barədə “Dumskaya” nəşri məlumat yayıb.
Yanğından sonra gəmidə partlayış baş verib. Gəmiyə yardım üçün Krımdan xilasedici gəmi yollanıb.
Məlumatlara görə, gəmiyə Ukraynanın “Neptun” raketi ilə vurulub. Ukrayanlı deputat Aleksey Qonçarenko Telegram kanalında freqatda yanğını təsdiq edib.
“Admiral Makarov” Rusiyanın Qara dənizdə olan 11356P layihəsi çərçivəsində 3-cü freqatıdır. Gəmi 29 fevral 20212-ci ilə istismara verilib, 2015-ci ildə suya salınıb. Gəmi “Kalibr” qanadlı raketləri, “Oniks” gəmi əleyhinə raketlər, “BUK” kompleksi və “İqla”, PUA-larla təmin edilib.