“Qarabağ” bu gün Avropa Liqasında “Malmö” ilə qarşılaşacaq

Azərbaycanın UEFA Avropa Liqasındakı təmsilçisi “Qarabağ” bu gün Liqa mərhələsində ikinci oyununa çıxacaq.

Qurban Qurbanovun başçılıq etdiyi kollektiv Bakıda İsveçin “Malmö” komandası ilə qarşılaşacaq.

Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək görüş saat 20:45-də başlayacaq. Oyunu Yunanıstandan olan hakimlər briqadası idarə edəcək.

3 oktyabr

20:45.“Qarabağ” – “Malmö”

Baş hakim: Anastasios Papapetrou

Baş hakimin köməkçiləri: Trifon Petropoulos, Yordanis Aptosoqlu

Dördüncü hakim: Alexandros Tsakalidis

VAR: Angelos Evangelu

AVAR: Atanasios Tsilos

Tofiq Bəhramov adına Respublika Stadionu.

Qeyd edək ki, “Qarabağ” Liqa mərhələsinin ilk turunda İngiltərədə “Tottenhem”ə 0:3 hesabı ilə uduzub.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.