“Qarabağ” bu gün Kiprlə oynayacaq

Bu gün “Qarabağ” futbol üzrə UEFA Konfrans Liqasının qrup mərhələsində növbəti oyununu keçirəcək.

Qurban Qurbanovun baş məşqçi olduğu komanda H qrupundakı beşinci sınağında Kiprin “Omoniya” klubunu qəbul edəcək. Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq qarşılaşma saat 21:45-də başlayacaq. Görüşün baş hakimi danimarkalı FIFA referisi Morten Krox olacaq.

Bu görüş pley-offa vəsiqəni təmin etmiş Ağdam klubu üçün qrup liderliyi baxımından önəmlidir. “Köhlən atlar” Nikosiya təmsilçisinə qalib gələcəyi halda, Qazaxıstanda “Kayrat” və İsveçrənin “Bazel” komandaları arasındakı matçın nəticəsindən asılı olaraq, qrupda birinci yeri rəsmiləşdirə bilər. Bunun üçün Almatı təmsilçisi evdə qonaqlara uduzmamalıdır.

“Qarabağ”da Xayme Romero zədə səbəbindən oyuna çıxmayacaq, müalicə alan Bədavi Hüseynovun meydana çıxması isə sual altındadır. “Omoniya”da isə Erik Boteak, Miks Diskerud, Yannis Kusulos və Ernest Asante oynaya bilməyəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Milli Məclisin sədri Sankt-Peterburqa səfər edib

Sonrakı məqalə

Gürcüstan “altılıq formatı”nda iştirakla bağlı Rusiyanın təklifindən imtina edib