“Qarabağ” ev oyunlarını hansı stadionda keçirəcək? –Çempionlar Liqası /AÇIQLAMA

“Qarabağ”ın UEFA Çempionlar Liqasının əsas mərhələsində ev oyunlarını hansı stadionda keçirəcəyi dəqiqləşib.

UEFA-nın rəsmi saytı xəbər verir ki, Ağdam təmsilçisi rəqiblərini Tofiq Bəhramov adına Respublika Stadionunda qəbul edəcək.

Artıq Avropa futbol qurumunun saytında Azərbaycan çempionunun ev matçlarının yeri mərkəzi arena olaraq göstərilib.

Klubun mətbuat xidmətinin rəhbəri Anar Hacıyev AZƏRTAC-a açıqlamasında məlumatı təsdiqləyib.

Qeyd edək ki, “Qarabağ” Liqa mərhələsində 8 oyuna çıxacaq. Matçların 4-ü evdə, 4-ü səfərdə olacaq. Ağdam təmsilçisi əsas mərhələyə sentyabrın 16-da Portuqaliyada “Benfika”ya qarşı görüşlə start verəcək. İlk ev qarşılaşması isə oktyabrın 1-də Bakıda Danimarkanın “Kopenhagen” komandasına qarşı olacaq.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.