“Qarabağ” “Ferentsvaroş”u darmadağın edib –UEFA Çempionlar Liqası

Bu gün “Qarabağ” UEFA Çempionlar Liqasında növbəti oyununa çıxıb.

Ağdam təmsilçisi pley-off mərhələsində Macarıstanın “Ferentsvaroş” klubunun qonağı olub.

Görüş saat 23:00-da start götürüb.

Ağdam təmsilçisi görüşün ilk hissəsini 0:1 hesabı ilə məğlub başa vurub. Lakin “köhlən atlar” fasilədən sonra toparlanaraq ardıcıl 3 qol vurub və matçı 3:1 hesabı ilə qalib tamamlayıb.

UEFA Çempionlar Liqası
Pley-off mərhələsi
19 avqust
23:00. “Ferentsvaroş” (Macarıstan) – “Qarabağ” (Azərbaycan) 1:3
Baş hakim: 
Joau Pedru da Silva Pineyru (Portuqaliya)
Budapeşt, “Qrupama Arena”

Qeyd edək ki, tərəflər arasında cavab oyunu avqustun 27-də Bakıdakı Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq.

“Qarabağ”: 99. Mateuş Koxalski, 13. Bəhlul Mustafazadə, 81. Kevin Medina, 2. Mateus Silva, 44. Elvin Cəfərquliyev, 8. Marko Yankoviç, 35. Pedro Bikalho, 20. Kadi, 15. Leandro Andrade, 10. Abdullah Zoubir (k), 90. Nəriman Axundzadə

Ehtiyat oyunçular: 1. Şahruddin Məhəmmədəliyev, 97. Fabian Buntiç, 3. Mmaee 21. Aleksey Kaşuk, 22. Musa Qurbanlı, 30. Abbas Hüseynov, 55. Bədavi Hüseynov, 32. Hikmət Cəbrayılzadə, 11. Emmanuel Addai, 6. Kris Kuaku, 27. Toral Bayramov, 18. Dani Bolt

“Ferensvaroş”: 90. Dibuş (k), 3. Qartenmann, 19. B. Varqa, 22. G. Szalai, 23. Ötvös, 25. Makrekis, 28. Raemaekers, 36. Kaniçovsky, 47. O’Dovda, 64. A. Tof, 75. Cosef

Ehtiyat oyunçular: 63. Radnoti, 99. Qrof, 5. Keyta, 7. Arzani, 8. Peşiç, 10. Levi, 16. Zakariassen, 21. Botka, 27. Sisse, 30. Qruber, 33. Kadu, 77. Nagi

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.