Qarabağ gəncləri Konstitusiya Kuboku uğrunda yarışdı- FOTOLAR

Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən  “Konstitusiya və Suverenlik ili”nə həsr olunmuş qrant müsabiqəsində qalib olmuş “Konstitusiya Kuboku: Qarabağ gənclərinin intellekt liqası” layihəsinin II mərhələsinin oyunu keçirilib. 

Tədbirdə ilk öncə Azərbaycan Respublikasının himni səsləndirilib, Ulu öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.  Daha sonra 2 tur olmaqla komandalara 30 sual səsləndirilib və yarışma  “Nə Harada Nə Zaman” formatında keçirilib.

Qarabağ Universitetində keçirilən layihənin əsas məqsədi region gəncləri arasında Konstitusiya dəyərlərinin artırılması, ümummilli lider Heydər Əliyev irsinin və ulu öndərin həyat və fəaliyyəti kimi mövzularda gənclərin məlumat bazasını artırmaq və bu məlumatları interaktiv formatda gənclərə aşılamaqdır.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.