Belçikanın “Gent” klubunun Ağdamın “Qarabağ” komandasına qarşı keçirəcəyi UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyunu üçün biletləri satışa çıxarılıb.
Belçika təmsilçisinin saytının məlumatına görə, fevralın 23-də Bakı vaxtı ilə saat 00:00-da başlayacaq matça biletlər 5-35 avro aralığında satılır. Qarşılaşma “Gelamko Arena”da oynanılacaq.
Komandalar arasında ilk matç fevralın 16-da Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək. Matça saat 21:45-də start veriləcək.