“Qarabağ” “Liverpul”a uduzdu –Pley-offa adladı

Bu gecə “Qarabağ” Çempionlar Liqasının Liqa mərhələsində sonuncu – 8-ci tur matçına çıxıb.

Qurban Qurbanovun komandası səfərdə İngiltərə nəhəngi “Liverpul”la qarşılaşıb. “Enfild” stadonunda keçirilən görüş “Liverpul”un 6:0 hesablı qələbəsi ilə başa çatıb.

“Qarabağ” Liqa mərhələsini 10 xalla başa vurub.

UEFA Çempionlar Liqası, Liqa mərhələsi, 8-ci tur

00:00. “Liverpul” (İngiltərə) – “Qarabağ” (Azərbaycan) – 6:0 

Qollar: Aleksis Makallister, 15, Florian Virtz, 21, Məhəmməd Salah, 50, Uqo Ekitike, 57, Aleksis Makallister, 62, Federiko Kyeza, 90

Hakimlər: İvan Krujlyak, Branislav Hantsko, Yan Pozor, Peter Kraloviç

VAR: Pol van Boekel

AVAR: Yan Boterberq

“Enfild” stadionu, Liverpul, İngiltərə.

 

Buna baxmayaraq, Ağdam təmsilçisi digər matçların nəticələrindən asılı olaraq, ilk 24-lüyə düşməyi bacarıb. Beləliklə, “Qarabağ” pley-off mərhələsinə vəsiqə qazanıb. 

“Qarabağ” Liqa mərhələsini 10 xalla 22-ci pillədə başa vurub.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.