Qarabağ məsələsi ilə bağlı Azərbaycanla daim kontaktdayıq –Kreml

Qarabağ məsələ ilə bağlı üçtərəfli sazişlərin icrasına dair Azərbaycanla əlaqələr daimi xarakter daşıyır.

Bu barədə Rusiya Prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında iyulun 7-də Moskvada Putin-Paşinyan görüşünün baş tutmasından sonra Azərbaycan tərəfi ilə də hər hansı danışıqların gözlənildiyinə dair suala cavabında bildirib.

“Azərbaycan tərəfi ilə kontaktlar daimi əsaslarda davam edir. Hamı razılaşır ki, üçtərəfli razılaşmaların müddəalarının həyata keçirilməsi çox vacib və alternativsizdir. Bu çərçivədə də həm Ermənistan, həm də Azərbaycan tərəfi ilə kontaktlar həyata keçirilir”, – deyə Kremlin sözçüsü vurğulayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Azərbaycandakı dini qurumlara maliyyə yardımı ayrılıb

Sonrakı məqalə

Füzulidə iki nəfər minaya düşüb