Qarabağ qanunsuz silah dövriyyəsi ilə bağlı İnterpolun hesabatında– 17 ölkədə əməliyyat keçirildi

Avropa və Mərkəzi Asiyada qanunsuz silah dövriyyəsinə qarşı keçirilən görünməmiş əməliyyat nəticəsində 2 823 ədəd atıcı silah və yüngül silah, 400-ə yaxın əl qumbarası və partlayıcı maddə, eləcə də 40 mindən çox döyüş sursatı müsadirə edilib.

Bu barədə İnterpol məlumat yayıb.

İnterpolun koordinasiya etdiyi “Trigger X” əməliyyatı iyunun 22-dən iyulun 5-dək keçirilib və 17 ölkəni əhatə edib. Əməliyyat münaqişə zonalarında silahların uzun müddət toplanmasının qanunsuz silah dövriyyəsinə təsirlərini üzə çıxarıb.

Əməliyyatın hazırkı nəticələri göstərir ki, müsadirə olunan qanunsuz silahların əhəmiyyətli hissəsi keçmiş və ya hazırda mövcud olan silahlı münaqişə zonaları ilə əlaqəlidir. Bunlara Balkan regionu, Şərqi Avropa və keçmiş Dağlıq Qarabağ da daxildir.

Bundan əlavə, Ermənistan, Qırğızıstan və Tacikistanda sovet dövrünə aid çoxsaylı atıcı silah nümunələri müsadirə edilib və ya könüllü şəkildə təhvil verilib.

Araşdırma davam edir.

AzPost.az

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.