Noyabrın 23-də Azərbaycanda polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində 129 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Onlardan 107-si borclu şəxs qismində axtarışda olub.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Azpost.info-ya məlumat verilib.
Bildirilib ki, gün ərzində ölkə ərazisində qeydə alınan 49, əvvəlki dövrlərdən bağlı qalan 8 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin edilib.
Axtarışda olan şəxslərin saxlanılması ilə yanaşı, narkotiklərlə əlaqəli 11 fakt, qanunsuz saxlanılan silah-sursatın aşkarlanması və götürülməsi ilə bağlı isə 9 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 48 nəfər saxlanılıb.
DİN-in məlumatına görə, noyabrın 23-də polis tərəfindən keçirilən tədbirlər nəticəsində ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarılan 8 nəfər də tapılaraq aidiyyəti üzrə təhvil verilib.
Həmçinin dələduzluğa görə axtarışda olan 8 nəfər saxlanılaraq istintaqa təhvil verilib.
Əməliyyat tədbirləri zamanı paytaxtda və respublikanın ayrı-ayrı rayonlarında 2 avtomat silahı, 1 tapança, 1 qumbara, 4 tüfəng, 1 patron darağı və 100 ədəd müxtəlif çaplı patron aşkar edilərək götürülüb.
Nazirlik qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlərin davam etdirildiyini bildirib.