“Qarabağa dair Üçtərəfli Bəyanat reallaşdırılır” –

PUTİN
02 Dekabr 2020 - 14:29

“Qarabağa dair Üçtərəfli bəyanat ardıcıl şəkidə reallaşdırılır, təmas xəttində sülhməramlılar durur”.

Azpost.info bildirir ki, bu sözləri Rusiya prezidenti Putin Kollektiv Təhlükəsizlik Müdafiəsi Təşkilatının onlayn iclası zamanı bildirib.

“Hazırda Bəyanat reallaşdırılır, Laçın dəhlizinə qədər rus sülhməramlıları yerləşdirilib”.

Putin deyib ki, Rusiyanın münaqişə zonasında qanlı qarşıdurmanın dayandırılması, sabitlik prosesinin başlanması üçün etdiyi vasitəçilik səyləri hamıya yaxşı məlumdur.

“Bunun üçün biz ATƏT-in Minsk Qrupunun, onun həmsədrləri olan Rusiya, ABŞ və Fransanın əldə etdiyi razılaşmaları nəzərə aldıq”.