“Sosial şəbəkələrdə Qarabağda mülki əhali arasında kütləvi tələfat barədə yayılan məlumatlar həqiqətə uyğun deyil”.
Azpost.info bildirir ki, bu barədə Ermənistan Baş naziri Nikol Paşinyan sosial şəbəkədə canlı yayımda bildirib.
O, Qarabağda atəşkəs rejiminə əməl olunduğunu da vurğulayıb.
“Azərbaycan Silahlı Qüvvələri atəşkəs zamanı olduğu mövqelərdə qalıb”.
O, həmçinin Azərbaycan qoşunlarının Xankəndinə daxil olması ilə bağlı yayılan xəbərləri təkzib edərək, Xankəndi yaxınlığında bir insident baş verdiyini bildirib.
Paşinyan deyib ki, Ağdərə və Xocavənddə rabitədə çətinliklər və yollarda müəyyən problemlər olsa da, ümumilikdə vəziyyət stabildir.