Qarabağdakı birgə monitorinq mərkəzində Rusiya və Türkiyədən eyni sayda hərbçi olacaq

01 Dekabr 2020 - 17:35

“Rusiya və Türkiyə Dağlıq Qarabağda atəşkəsə nəzarətlə bağlı birgə mərkəz barədə razılığa gəlib”.

Bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi, general-mayor İqor Konaşenkov bildirib.

Onun sözlərinə görə, Birgə mərkəzin şəxsi heyəti iki ölkədən bərabər həcmdə olacaq: “Rusiya Müdafiə Nazirliyi və Türkiyənin Milli Müdafiə Nazirliyi arasında noyabrın 11-də imzalanan memoranduma əsasən, atəşkəsə nəzarətlə bağlı Birgə Rusiya-Türkiyə mərkəzinin yerləşdirilməsi və idarə edilməsinə dair razılıq əldə edilib. Mərkəz Azərbaycan ərazisində yerləşəcək. Birgə mərkəzin təşkilat strukturunda Rusiya və Türkiyə hərbçilərinin sayı bərabər olacaq”. (APA)