“Qarabağ”ın Çempionlar Liqasının Liqa mərhələsində rəqiblərimiz bəlli oldu
Monakoda keçiriləcək tədbir Bakı vaxtı ilə saat 20:00-da başlanıb.
Püşkatma mərasimində Azərbaycanı yarışda təmsil edəcək “Qarabağ”ın da 8 rəqibi müəyyənləşib. Ağdam təmsilçisi oyunlardan 4-nü evdə, 4-nü səfərdə keçirəcək. Mərasimdə “Qarabağ” klub rəhbərliyi səviyyəsində təmsil olunub.
Püşkatmada 36 komanda 4 səbətə bölünüb. “Qarabağ” reytinqi daha az olan komandaların yer aldığı 4-cü səbətdə olub.
Püşkatma zamanı əvvəlcə 1-ci səbətdən bir top çıxarılıb. Daha sonra ötən il də istifadə olunmuş avtomatlaşdırılmış proqram həmin klub üçün təsadüfi qaydada səkkiz rəqib seçub. Eyni prosedur bütün komandalar üçün təkrarlanıb və nəticədə bütün cütlüklər müəyyənləşib.
Hər səbətdən iki komanda digər səbətlərdən iki komandaya rəqib olub.
Liqa mərhələsində eyni assosiasiyadan olan komandalar bir-birilə qarşılaşa bilməz.
Püşkün nəticəsinə əsasən “Qarabağ”ın rəqibləri aşağıda adları qeyd edilən komandalar olub:
Çelsi-(ev)
Liverpul -(səfər)
Frankfurt – (ev)
Benefika – (səfər)
Ayaks – (ev)
Napoli – (səfər)
Kopenhagen – (ev)
Atletik Bilbao – (səfər)