“Qarabağ”ın futbolçusu Marko Yankoviç Monteneqro millisinin heyətinə çağırılıb
Bu barədə Azərbaycan çempionunun mətbuat xidməti məlumat yayıb.
Monteneqro milli komandası DÇ-2026-nın seçmə mərhələsində iki görüş keçirəcək. Komanda sentyabrın 5-də doğma meydanda Çexiya ilə qarşılaşacaq, sentyabrın 8-də isə səfərdə Xorvatiya yığması ilə üz-üzə gələcək.