Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

“Qarpıza görə polisə şikayət etmək ağlasığmazdır” –

User 26 Sentyabr 2026 - 13:40 (Last updated: 26 Sentyabr 2026 - 13:40)
fezail ibrahimli

42 yaşlı şikayətçi, 4 uşaq atası Xəyal Əsədov Musavat.com-un redaksiyasına müraciət edərək deputat Fəzail İbrahimli ilə bağlı yaşadığı iddia olunan hadisədən danışıb.

X.Əsədovun sözlərinə görə, avqustun 3-də Yeni Yasamalda işlətdiyi meyvə-tərəvəz dükanına gələn deputata qarpız satarkən aralarında narazılıq yaranıb. Deputatın “məni tanıyırsan?” sualına xəbərsiz olduğunu deyən satıcı heç bir kobudluq etmədiyini bildirsə də, qarşı tərəf polisə müraciət edib. Şikayətçi hadisədən sonra işini itirdiyini, ailəsinin maddi və mənəvi çətinliklə üzləşdiyini vurğulayıb.

“Yeni Sabah” məsələ ilə bağlı deputat Fəzail İbrahimli ilə bağlı əlaqə saxlayıb və hadisənin əsas mahiyyətini öyrənib. Deputat bildirib ki, Bir qarpıza görə insanı polisə şikayət etmək ağlasığmazdır:  “Bu xəbəri bəzi tərəflər həqiqəti bilmədən məsələni qərəzli şəkildə tirajladılar. Guya mən bir qarpıza görə polisə şikayət etmişəm. Deputat kimi hər zaman seçicilərin qayğısına qalmışam, polisdən də kiməsə güzəşt olunmasını xahiş edə bilərəm. Bir qarpıza görə insanı polisə şikayət etmək ağlasığmazdır.

Mən alış-verişimi özüm edirəm. Qarpız alanda ikisi ağ çıxdı, üçüncünü kəsməyə qoymadım. İmtina etmək istəyəndə, satıcıya ziyan dəyməsin deyə ağ qarpızların da pulunu vermək niyyətində idim. Lakin o, birdən-birə tərbiyəsizcəsinə üstümə gəldi, əlində bıçaq çənəmin altında yelləyərək məni təhdid etməyə başladı. Başa düşdüm ki, bu adam normal halda deyil, nəyinsə təsiri altındadır və cəmiyyət üçün təhlükəlidir.

Özümə görə yox, ətrafdakı insanların təhlükəsizliyi üçün hüquq-mühafizə orqanlarına müraciət etdim. Polis operativ reaksiya verdi. Məqsədim onu işsiz qoymaq yox, zərərsizləşdirmək və tərbiyələndirmək idi. Özünün dediyinə görə, 50 manat cərimə olunub. Deməli, təqsiri var idi ki, cərimələndi”.

F. İbrahimli əlavə edib ki, ittihamı səsləndirən şəxs köşkün sahibi yox, sadəcə satıcısı olub:

“Deputat adamı işsiz qoydu” iddiaları da yalandır. O köşkün sahibi yox, sadəcə satıcısı idi. Köşk sahibi onun bu hərəkətini və yaratdığı problemi biləndən sonra özü onu işdən çıxardı və yerinə başqa satıcı götürdü. Həmin obyekt bu gün də fəaliyyət göstərir”.

AzPost.az

Post navigation

Previous: 14 ABŞ senatorundan Trampa çağırış:
Next: Çin ABŞ-dan hər il 10 milyon ton kömür alacaq

Oxşar xəbərlər

bina sokuntu
  • Sosial

Ekskavatorla dövlət binasını dağıtdı – “Qazandığım pulu qaytarın!” / VİDEO

User 10 Noyabr 2026 - 13:35
ilham aliyev
  • Sosial

Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib

User 10 Noyabr 2026 - 12:10
tezyiq
  • Sosial

Qan təzyiqi neçə olmalıdır? – Yaşa görə normal və təhlükəli göstəricilər

User 09 Noyabr 2026 - 18:03

xƏBƏR

aslan01
  • Mədəniyyət

Tanınmış aktyor Aslan Fətullayev vəfat edib

User 10 Noyabr 2026 - 15:21
Azərbaycan teatr və kino sənətinə ağır itki üz verib. Əməkdar mədəniyyət işçisi, tanınmış aktyor Aslan Fətullayev 70...
Read more about Tanınmış aktyor Aslan Fətullayev vəfat edib
ABŞ Ukraynanın ərazi bütövlüyünü müdafiə etdi – Uitkoff Əbu-Dabidə nə dedi? photo_5445373109872566965_y
  • Dünya

ABŞ Ukraynanın ərazi bütövlüyünü müdafiə etdi – Uitkoff Əbu-Dabidə nə dedi?

User 10 Noyabr 2026 - 15:14
Ermənistanda bələdiyyə sədrliyinə namizəd həbsxanada öldü ermeni hebs oldu
  • Dünya

Ermənistanda bələdiyyə sədrliyinə namizəd həbsxanada öldü

User 10 Noyabr 2026 - 13:46
Ekskavatorla dövlət binasını dağıtdı – “Qazandığım pulu qaytarın!” / VİDEO bina sokuntu
  • Sosial

Ekskavatorla dövlət binasını dağıtdı – “Qazandığım pulu qaytarın!” / VİDEO

User 10 Noyabr 2026 - 13:35
Diplomlu gənclər niyə iş tapa bilmir? – Diplom var, iş yoxdur / TƏHLİL issizlik
  • Baş Yazı

Diplomlu gənclər niyə iş tapa bilmir? – Diplom var, iş yoxdur / TƏHLİL

User 10 Noyabr 2026 - 13:24
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.