“Qarşımızda çox vacib məsələ var”- Putin Təhlükəsizlik Şurasını topladı

Rusiya prezidenti Vladimir Putin onlayn videokonfransla Təhlükəsizlik Şurasının operativ iclasını keçirib.

Azpost.info xəbər verir ki, o, Təhlükəsizlik Şurasının üzvləri ilə ölkədəki obyektlərin antiterror təhlükəsizliyini müzakirə edib.

“Bu gün bizim qarşımızda çox vacib məsələ var – hüquq-mühafizə orqanlarının yurisdiksiyasında olan obyektlərin antiterror mühafizəsi tədbirləri”, – Putin bildirib.

Putin Rusiyanın daxili işlər naziri Vladimir Kolokoltsevə məruzə etməyi təklif edib.

İclasda Rusiyanın Baş naziri Mixail Mişustin, Federasiya Şurasının rəhbəri Valentina Matvienko, Dövlət Dumasının sədri Vyaçeslav Volodin, Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev, prezident administrasiyasının rəhbəri Anton Vayno, müdafiə naziri Sergey Şoyqu, Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narışkin və Putinin ətraf mühitin mühafizəsi üzrə xüsusi nümayəndəsi Sergey İvanov da iştirak edib.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.