Qatardan düşən 3 nəfəri maşın vurdu

ESKİŞEHİR’DE SÜRATLİ BİR OTOMOBİLİN TRAMVAYDAN İNEN YAYALARA ÇARPMASI SONUCUNDA 3 KİŞİ FECİ ŞEKİLDE HAYATINI KAYBETTİ. ARACI OLAY YERİNDEN 1 KİLOMETRE UZAKLIKTA BIRAKIP KAÇAN SÜRÜCÜNÜN YAKALANMASI İÇİN ÇALIŞMA BAŞLATILDI. (BAHADIR TURGUT – EMİR ERTEN – EREN BERK YILDIZ/ESKİŞEHİR-İHA) Eskişehir’de süratli bir otomobilin tramvaydan inen yayalara çarpması sonucunda 3 kişi feci şekilde hayatını kaybetti. Aracı olay yerinden 1 kilometre uzaklıkta bırakıp kaçan sürücünün yakalanması için çalışma başlatıldı.

Türkiyənin Eskişehir şəhərində baş verən ağır yol-nəqliyyat hadisəsi faciə ilə nəticələnib. AzPost İHA-ya istinadla xəbər verir ki, sürətlə hərəkət edən avtomobil tramvaydan enən piyadaları vurub, nəticədə 3 nəfər hadisə yerində ölüb.

Qəza Sultandere məhəlləsində, Selami Vardar bulvarında qeydə alınıb. İlkin məlumata görə, M.D. adlı sürücünün idarə etdiyi 26 ADU 714 dövlət nömrə nişanlı avtomobil idarəetmədən çıxaraq tramvaydan yeni enmiş üç piyadanın üzərinə sürülüb. Zərbənin gücündən piyadalar bir neçə metr məsafəyə qədər sürüklənib. Hadisədən sonra sürücü avtomobili hadisə yerindən təxminən 1 kilometr aralıda saxlayaraq qaçıb.

Əraziyə dərhal polis və təcili tibbi yardım briqadaları cəlb olunub. Həkimlərin apardığı baxış zamanı piyadaların həyatını itirdiyi müəyyənləşib. Qəzada iştirak edən avtomobil isə tərk edilmiş vəziyyətdə tapılıb. Hadisə yerinə toplaşan mərhumların yaxınları böyük sarsıntı keçirib.

Hadisənin şahidi olan sakin Berkay Akçeşme bildirib ki, yalnız sürətlə uzaqlaşan avtomobili görüblər: “Biz gəlib çatanda artıq vəziyyət çox qarışıq idi, yerdə cəsədlər vardı. Tramvaydan enənləri vurub. Avtomobil çox sürətli olub, insanları aşağıya qədər sürükləyib”.

Məlumata görə, avtomobildə olan sərnişin polis tərəfindən saxlanılıb. Sürücü M.D.-nin isə axtarışları davam edir.

Qəza nəticəsində həyatını itirən şəxslərin kimliyi dəqiqləşib. Onların Eren Akyol (20), Ayşegül Seliti (14) və Samiye Saygı olduğu bildirilib. Eren Akyolun beş gün sonra hərbi xidmətə yollanmağa hazırlaşdığı, Samiye Saygının isə Eskişehir Şəhər Xəstəxanasında xidmətçi kimi çalışdığı qeyd olunur. Mərhumların cənazələri tibbi ekspertiza üçün xəstəxananın morquna aparılıb.

Faktla bağlı araşdırma aparılır, qaçan sürücünün saxlanılması üçün polis əməkdaşlarının əməliyyat-axtarış tədbirləri davam etdirilir.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.