Qatıq şəkər xəstəliyinə tutulma riskini 28 faiz azaldır

Qatıq
Qatıq

Bəzi məhsullar sağlamlığı möhkəmləndirməyə kömək edir.

Azpost.info “Nutrition and Cancer” nəşrinə istinadən bildirir ki, bunu Kembric Universitetinin Tibbi Tədqiqatlar Şurasının epidemioloji şöbəsinin alimləri öz araşdırmalarında deyiblər.

Mütəxəssislər, qatıqdan müntəzəm istifadənin şəkər xəstəliyinə tutulma riskini 28%, qaraciyər xərçəngi riskini 5,4% azaltdığını bildiriblər. Həftədə ən azı iki pors qatıq içmək isə ümumiyyətlə xərçəngdən əvvəlki şiş riskini 19% azaldır.

Araşdırmaya görə, qatıq həm də bədəndə yağın udulmasına mane ola bilər və arıqlamaq istəyənlərə kömək edə bilər. Qatıq zəngin yod, D, B2 və B12 vitaminləri və sink mənbəyidir.

 

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.