Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Kriminal

Qayçı ilə sandığı açıb qayınatasının 12 minini oğurlayan gəlinə hökm oxundu

Orkhan Ali 17 İyun 2025 - 20:03 (Last updated: 17 İyun 2025 - 19:35)
Məhkəmə

Məhkəmə

Qaynatasının evindəki sandığın qıfılını üzərində “Zinger Germany” yazısı olan qayçı ilə sındıraraq 12 min manat oğurlayan gəlin barəsində məhkəmə hökmü çıxarılıb.
Qaynarinfo-nun məlumatına görə, 2006-cı il təvəllüdlü İ.Məmmədovanın Cinayət Məcəlləsinin 177.2.2 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən), 177.2.3 (yaşayış sahəsinə qanunsuz daxil olmaqla) və 177.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla) maddələri ilə təqsirləndirilməsinə dair işə açıq məhkəmə iclasında baxılıb.
İstintaqla müəyyən olunub ki, İ.Məmmədova həyat yoldaşı S.M. ilə evləndikdən təxminən bir həftə sonra qaynatasına məxsus sandığın kilidini qayçı ilə açaraq içəridən 12 min manat götürərək mənimsəyib.
Təqsirləndirilən şəxs ifadəsində əqli qüsurlu həyat yoldaşı ilə 4 ay evli olduğunu və həmin müddətdə qaynatasının sandığından ümumilikdə 5600 manat oğurladığını etiraf edib. Həmin pulu isə E.H. adlı sevdiyi şəxsə verdiyini bildirib.
Qaynatası isə zərər məbləğinin 12 min manat olduğunu və bu vəsaitin İ.Məmmədova tərəfindən oğurlandığını deyib.
Məhkəmənin qərarına əsasən, İ.Məmmədovaya 2 il 5 ay 26 gün müddətində azadlığın məhdudlaşdırılması cəzası verilib. Bu müddət ərzində o, elektron qolbaqla nəzarətdə saxlanılacaq.

AzPost.az

Post navigation

Previous: Ayxan Hacızadə: 60-dan çox Azərbaycan vətəndaşı İran sərhədini keçdi
Next: Məktəbəhazırlıq qruplarına qəbul başlayır

Oxşar xəbərlər

Qətl
  • Kriminal

Şəmkirdə kişi qadını öldürüb intihar etdi – hadisənin təfərrüatları açıqlandı

User 17 Noyabr 2026 - 09:55
avtomobil xidmeti
  • Kriminal

Maşının qapısını açıq qoydu, 6 min manatını oğurladılar

User 14 Noyabr 2026 - 15:52
haker telebe
  • Kriminal

Tələbələrin fotolarını süni intellektlə montaj edən şəxs saxlanıldı – VİDEO

User 13 Noyabr 2026 - 19:34

xƏBƏR

ekrem im
  • Dünya

Əkrəm İmamoğluna 2 il 1 ay həbs cəzası verildi – Siyasi hüquqları məhdudlaşdırılır

User 18 Noyabr 2026 - 22:09
Türkiyənin Ankara şəhərindəki məhkəmə İstanbulun sabiq meri Əkrəm İmamoğlunu müxalif Cümhuriyyət Xalq Partiyasının (CHP) 2023-cü ilin noyabrında...
Read more about Əkrəm İmamoğluna 2 il 1 ay həbs cəzası verildi – Siyasi hüquqları məhdudlaşdırılır
Ağ şəkəri nə ilə əvəz etmək olar? – Həkim şərhi White,Sugar,In,Wood,Spoon,On,Wood,Table
  • Sosial

Ağ şəkəri nə ilə əvəz etmək olar? – Həkim şərhi

User 18 Noyabr 2026 - 18:50
Putin Ukrayna ilə müharibəni qışın sonunadək davam etdirmək istəyir putin herbi
  • Dünya

Putin Ukrayna ilə müharibəni qışın sonunadək davam etdirmək istəyir

User 18 Noyabr 2026 - 18:38
Dərmansız qan təzyiqini necə aşağı salmaq olar? – 4 təbii üsul tezyiq
  • Sosial

Dərmansız qan təzyiqini necə aşağı salmaq olar? – 4 təbii üsul

User 18 Noyabr 2026 - 18:28
“Azərbaycanla sülh qurmalıyıq, biz Avstraliyada yaşamırıq” – PAŞİNYAN pasinyan parlament
  • Dünya

“Azərbaycanla sülh qurmalıyıq, biz Avstraliyada yaşamırıq” – PAŞİNYAN

User 18 Noyabr 2026 - 18:18
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.