“Toyların və ya hər hansı yığıncaqların keçirilməsi ilə əlaqəli qeyd etmək istəyirəm ki, ölkəmizdə tətbiq olunan karantin qaydaları Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən tənzimlənir”.
APA-nın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında TƏBİB-in xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva deyib.
O bildirib ki, bu qərar dövlət tərəfindən verilir: “İstər həkim olsun, istər adi vətəndaş – karantin qaydalarına riayət etmək hər birimizin borcudur. Buna həkim olaraq fikir bildirə bilərəm. Başqa tərəfdən, bu prorseslərin qiymətləndirilməsi aidiyyəti qurumlar tərəfindən aparılır”.