“Koronavirusu ağır keçirənlərin 20 gündən sonra başqa şəxsləri yoluxdurma ehtimalı yoxdur”

“Sağalmış şəxslərin izolyasiya müddəti ilə bağlı müxtəlif fikirlər var idi. Hətta bəziləri bu müddəti 35 gün deyirdilər. Amma ABŞ-da aparılan tədqiqatlar göstərdi ki, bu qədər vaxt lazım deyil”.

Bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Mərkəzi Neftçilər Xəstəxanasının həkim-infeksionisti Fərrux Sədirov deyib.

O bildirib ki, xəstəliyi yüngül formada keçirən şəxslərin 10 gündən sonra virusu başqa şəxslərə yoluxdurma ehtimalı yoxdur: “Ağır keçirən şəxslərdə isə bu, 20 gündür. Xəstələr tamamilə müalicə olunduqdan sonra evə göndərilir”. (APA)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Qaydalara riayət etmək hər birimizin borcudur” –

Sonrakı məqalə

“Lotu Quli”ni öldürən “Xan” danışdı –