“Qaydalara riayət etmək hər birimizin borcudur” –TƏBİB karantində toy etməyə münasibət bildirdi

“Toyların və ya hər hansı yığıncaqların keçirilməsi ilə əlaqəli qeyd etmək istəyirəm ki, ölkəmizdə tətbiq olunan karantin qaydaları Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən tənzimlənir”.

APA-nın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında TƏBİB-in xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva deyib.

O bildirib ki, bu qərar dövlət tərəfindən verilir: “İstər həkim olsun, istər adi vətəndaş – karantin qaydalarına riayət etmək hər birimizin borcudur. Buna həkim olaraq fikir bildirə bilərəm. Başqa tərəfdən, bu prorseslərin qiymətləndirilməsi aidiyyəti qurumlar tərəfindən aparılır”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Mənim kefim yaxşıdır, heç kimə cavab vermək istəmirik” –

Sonrakı məqalə

“Koronavirusu ağır keçirənlərin 20 gündən sonra başqa şəxsləri yoluxdurma ehtimalı yoxdur”