Qazaxda baş verən yanğınlarla bağlı helikopterlər cəlb olunub

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Qazax rayonunun Bala Cəfərli və Xanlıqlar kəndlərində açıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.

FHN-in Mətbuat xidməti xəbər verir ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri və Aviasiya dəstəsinin helikopterləri cəlb olunub.

Həyata keçirilən tədbirlər sayəsində Bala Cəfərli kəndindəki yanğın daha geniş sahəyə yayılmasına imkan verilmədən söndürülüb. Yanğın nəticəsində təxminən 50ha sahədə quru ot və kol-kos yanıb. Yaxınlıqdakı tikililər və meşə ərazisi yanğından mühafizə edilib.

Xanlıqlar kəndi istiqamətindəki yanğınla mübarizə tədbirləri davam etdirilir.

Əlavə məlumat veriləcək.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.