25 Avqust 2024-cü il tarixində Qazax Olimpiya İdman Kompleksində “Gəncliyin Təşəbbüsü” Maarifləndirmə İctimai Birliyinin təşkilatçılığı ilə və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə keçirilən Qol Güləşi üzrə açıq Qazax rayon turniri baş tutdu. “Gənclik narkomaniyaya qarşı” layihəsinin bir hissəsi olaraq həyata keçirilən tədbir, sağlam həyat tərzinin təbliğinə yönəldilib.
Turnirin başlanğıcında Azərbaycan Respublikasının suverenliyi uğrunda şəhid olmuş qəhramanlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Tədbirin açılışında “Gəncliyin Təşəbbüsü” Maarifləndirmə İctimai Birliyinin sədri Azər Əliyev layihə və donorlar haqqında iştirakçılara ətraflı məlumat verdi. Qazax Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müavini Rüstəmov Ceyhun və Qazax – Tovuz Regional Gənclər və İdman İdarəsi rəis müavini Elcin Cəfərov layihənin əhəmiyyəti ilə bağlı çıxış etdilər və turnir iştirakçılarına uğurlar arzuladılar.
Qol güləşi üzrə Dünya və Avropa çempionları Mustafayev İsmayıl, Mustafazadə Said və Rəstəmov Ramazan da tədbirdə iştirak edərək, sağlam həyat tərzinin əhəmiyyəti barədə məlumat verdilər. Azər Əliyev turniri açıq elan edərək iştirakçılara Dövlət himnini ifa etdirməsindən sonra yarışlar başladı.
Turnirdə Qazax, Ağstafa və Gəncə şəhərlərindən 60-dan çox idmançı iştirak etdi. Gərgin mübarizə şəraitində keçirilən görüşlər nəticəsində müxtəlif çəkilərdə qaliblər müəyyənləşdirildi. İdmançılar diplom və medallarla mükafatlandırıldılar. Qonaqlar da mükafatlandırma mərasimində iştirak etdilər və təşkilatçılara təşəkkür etdilər.
Turnir, gənclərin asudə vaxtlarının düzgün təşkilinə və sağlam həyat tərzini seçmələrinə töhfə verdi.
Turnir Nəticələri:
Yeniyetmələr və Gənclər:
- 40 KQ:
I Yer: Əhmədzadə Tahir
II Yer: Orucov Namiq
III Yer: Əliyev İbrahim
- 50 KQ:
I Yer: Quluzadə Hüseyn
II Yer: Kazımov Murad
III Yer: Musayev Asim
- 55 KQ:
I Yer: İlyaslı Rəddin
II Yer: Namazlı Ilqar
III Yer: Məmmədov Tapdıq
- 60 KQ:
I Yer: Qarayev Röyal
II Yer: Mustafayev İsmayıl
III Yer: Vəlizadə Aqil
- 65 KQ:
I Yer: Nağıyev Tunar
II Yer: Qurbanov Nihad
III Yer: Musayev Hüseyn
- 70 KQ:
I Yer: Musayev Numan
II Yer: Qarayusifov Orxan
III Yer: Kosayev Rasim
- +80 KQ:
I Yer: Əliyev Amin
II Yer: Qocayev Yasin
III Yer: Namazov Elmər
Böyüklər:
- -70 KQ:
I Yer: Qasımzadə Xəyal
II Yer: Tağıyev İsmət
III Yer: Əhmədov Ayxan
- +70 KQ:
I Yer: Mustafazadə Said
II Yer: Orucov Royal
III Yer: Bayramov Elmar
