Qazaxıstan 9 may paradını keçirməkdən imtina edib

Qazaxıstan mayın 9-da ənənəvi hərbi parad keçirməyəcək.

Azpost.info xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyindən bildiriblər.

Ənənəvi olaraq Vətənin Müdafiəçisi Gününə (mayın 7-də Qazaxıstanda qeyd olunur) və 1945-ci ildə Almaniya üzərində qələbənin ildönümünə təsadüf edən tədbir “büdcəyə qənaət” səbəbi ilə baş tutmayacaq.

“Digər problemlərin həllinə ehtiyac var”, – mənbə bildirib.

“Xüsusən də, Qazaxıstan Silahlı Qüvvələrinin bölmələrinin döyüş hazırlığının lazımi səviyyədə saxlanılması prioritetdir”, – Müdafiə Nazirliyinin bəyanatında deyilir.

Qazaxıstan prezidenti Kasım-Jomart keçmiş SSRİ-nin bütün respublikalarının rəhbərləri kimi Qələbə Gününü qeyd etmək üçün Moskvaya getməyəcək. Kremlə yaxın mənbə “Vedomosti”yə bildirib ki, mayın 9-da Vladimir Putini Qızıl Meydanda müşayiət edəcək yeganə xarici dövlət başçısı Qırğızıstan prezidenti Sadır Japarov olacaq.

Azpost.info

 

Əvvəlki məqalə

“Azərbaycan TDT çərçivəsində media sahəsində əməkdaşlığın inkişafına töhfə verir”

Sonrakı məqalə

Lənkəranda nişan mərasimində 17 nəfər zəhərlənib –