Qazaxıstanda əhali arasında koronavirus infeksiyası hallarının azaldığını nəzərə alaraq Nur-Sultanın dövlət baş sanitar həkimi Sarxat Beysenovanın qərarı ilə karantin şərtləri yumşaldılır.
Paytaxtda ictimai nəqliyyat, ticarət-əyləncə mərkəzləri, iaşə obyektləri, fitnes mərkəzləri və digər obyektlərin iş rejiminə dəyişikliklər edilir.
Bununla bağlı imzalanan sənədə əsasən, paytaxtda tamaşa, idman və digər kütləvi tədbirlərin, o cümlədən ailə, xatirə tədbirlərinin, o cümlədən evdə (banketlərdə, toylarda, yubileylərdə, yas mərasimlərində), mitinqlərdə, yürüşlərdə kütləvi yığıncaqlar qadağan olunur.