Qazaxıstan hakimiyyəti Taliban hərəkatı tərəfindən yaradılmış Əfqanıstanın müvəqqəti hökumətinin sənaye və ticarət naziri Nuriddin Əziziyə Beynəlxalq Astana Forumunda iştirak etmək üçün dəvət göndərib.
Azpost.info xəbər verir ki, bu barədə Qazaxıstan Xarici İşlər Nazirliyi məlumat yayıb.
“Bu məlumatı təsdiq edirik”, – XİN-in mətbuat xidmətindən bildirilib.
İyunun 13-14-də ölkə paytaxtında Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevin sədrliyi ilə Astana Beynəlxalq Forumu keçiriləcək.
Azpost.info