Qazaxıstan taxıl və un ixracını məhdudlaşdırır

Qazaxıstan Kənd Təsərrüfatı Nazirliyi taxıl və un ixracını məhdudlaşdırır.

Bununla bağlı müvafiq əmri nazir Yerbol Karaşukeyev imzalayıb.

Sənədə görə, bu il iyunun 15-dək buğda və unun ixracı ciddi şəkildə təsdiq edilmiş kvota həcmləri daxilində həyata keçiriləcək. Göstərilən tarixədək Qazaxıstanda buğda və maya üçün tətbiq olunan məhdudiyyət 1 milyon ton, buğda və ya buğda-çovdar unu üçün isə 300 min ton müəyən edilib.

Bundan əlavə, sənəd qüvvəyə mindiyi günədək gömrük qanunvericiliyinə uyğun olaraq ixrac gömrük proseduru çərçivəsində sənədləşdirilmiş mallar Qazaxıstan Respublikasının ərazisindən maneəsiz ixrac ediləcək.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.