Qazaxıstanda Türk Dövlətləri Təşkilatının X yubiley sammiti keçiriləcək.
APA “Astana Times”ə istinadən xəbər verir ki, bu barədə Qazaxıstan Prezident Administrasiyasının mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, noyabrın 3-də Astanada Türk Dövlətləri Təşkilatının (TDT) X yubiley sammiti keçiriləcək.
Tədbir türk xalqları arasında əməkdaşlığın və qarşılıqlı anlaşmanın gücləndirilməsinə yönəlmiş üzv və müşahidəçi dövlətlərin liderlərinin böyük görüşü olacaq.
Sammitdə TDT-yə üzv dövlətlər – Azərbaycan, Qırğızıstan, Türkiyə və Özbəkistan liderləri iştirak edəcək.
Sammitə həmçinin təşkilatadakı müşahidəçi dövlətlərin – Macarıstan və Türkmənistanın liderləri də qatılacaq.