Qazaxıstanda “Z”, “V” və “Vaqner” simvollu mallara qadağa qoyulacaq- Rəsmi səviyyədə

Qazaxıstan hakimiyyəti Rusiya ordusunun Ukraynaya müdaxiləsi zamanı istifadə etdiyi “Z” və “V” simvollarına qadağa qoyacaq.

Azpost.info xəbər verir ki, “Vaqner” daxil olmaqla, özəl hərbi şirkətlərlə əlaqəli atributlar da qadağan edilə bilər.

Prokurorluqdan bildirilib ki, Ukraynada gedən müharibə fonunda müxtəlif etnik qrupların ayrı-ayrı nümayəndələri etnik simvollar nümayiş etdirməyə başlayıblar. Geyimlərdə, avtomobillərdə və oyuncaqlarda “Z” və “V”, “Rusiya Ordusu” simvolları daha tez-tez görünməyə başlayıb ki, bu da cəmiyyətdə birmənalı olmayan reaksiyaya səbəb olub.

Ölkənin Baş Prokurorluğu hökumətə başqa dövlətin suverenliyinə və siyasi rejiminə qarşı silahlı münaqişələrdə və zorakı hərəkətlərdə istifadə olunan nişanları olan malların istehsalı, saxlanması, idxalı, daşınması və paylanmasının qanunla qadağan edilməsini təklif edib. Qadağanın pozulmasına görə inzibati məsuliyyətin tətbiqi təklif edilir.

Azpost.info

Əvvəlki məqalə

Binəqədidə avtomobildən 20 min manat oğurlanıb

Sonrakı məqalə

Ordubada yeni icra başçısı təyin edilib