Qazaxıstanın paytaxtında sutka ərzində yağan qar bir aylıq normaya bərabərdir

25 Noyabr 2021 - 12:33

Noyabrın 24-ü və 25-nə keçən gecə Nur-Sultanda düşən yağıntının miqdarı 25 millimetr təşkil edib. Qarın hündürlüyü 28 santimetrdir.

Noyabr ayında paytaxtda yağıntı norması 28 millimetrdir, gün ərzində ölkənin əsas şəhərinə aylıq yağıntı norması düşüb və qar hələ də yağmağa davam edir.

Qazaxıstan Hidrometeorologiya Mərkəzinin məlumatına görə noyabr ayının 1-dən 25-nə qədər paytaxta düşən yağıntıların miqdarı 45,1 millimetrdir. Bu da aylıq normadan 2 dəfə çoxdur.

Qeyri-sabit hava şəraiti ilə bağlı paytaxtın Nursultan Nazarbayev Hava Limanında 12 reys təxirə salınıb.

Paytaxtda pis hava şəraiti səbəbindən məktəblilər üçün ikinci növbənin dərsləri də ləğv edili