Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Araşdırma

Qəddafi çıxışa gülən Bəşər Əsədə nə deyib? –

User 12 Dekabr 2024 - 20:16 (Last updated: 21 May 2025 - 20:15)
qeddafi01

Suriyada Bəşər Əsəd hakimiyyətinin süqutu dünyanın diqqətini yenidən ərəb dövlətlərinə yönəldib. 

AzPost bildirir ki, 2011-ci ildən bir neçə ərəb dövlətində başlanmış və “ərəb baharı” adlandırılan inqilablar Misir, Tunis, Liviya, Yəməndə hakimiyyətlərin süqutu ilə nəticələndi. Bu ölkələrin məşhur liderləri Hüsnü Mübarək, Bin Əli, Qəddafi devrildilər. Mübarək həbs olundu, Bin Əli ölkədən qaçdı, Qəddafi isə öldürüldü.

Bəşər Əsəd “ərəb baharı”ndan canını qurtara bilsə də ötən 14 ildə Suriya beynəlxalq münasibətlərin ən həssas nöqtəsinə çevrilmişdi. 2024-cü ilin noyabrın sonundan başlanan üsyan 10 günün içində Əsəd rejimini devirdi, Bəşər Əsəd Moskvaya qaçdı, 60 il mövcud olan Suriya Ərəb Respublikası suqut etdi.

“Youtube”də Ərəb Dövlətləri Liqasının 2008-ci ildə keçirilmiş sammitində Liviya lideri Müəmmar Qəddafinin çıxışından bir hissə yayımlanıb.

Qəddafi İraq lideri Səddam Hüseynin devrilməsində ABŞı günahlandırır və ərəb dövlətləri arasında birliyin olmamasından narazılıq edir.

Qəddafi çıxışında deyir:

“Amerika hansı səbəbdən İraqı işğal edib məhv etdi, bir milyon iraqlını öldürdülər?
Qoy amerikalı dostlarımız bu suala cavab versin: niyə İraq? Bin Laden iraqlıdırmı? -Yox.
Nyu Yorkdakı terror aktını iraqlılar törədib? Xeyr, onlar deyil.
Pentaqona iraqlılar hücum edib? Xeyr.
İraqda kütləvi qırğın silahları var idimi? Xeyr, yox idi.
Əgər olsaydı belə nə olacaqdı. Pakistanda bu silahlar var. Hindistan, Çin, Fransa, Rusiya, İngiltərə və ABŞ… Onların hamısında atom bombası var.
Onları da məhv edəcəyik? Yaxşı, atom silahının mövcud olduğu bütün ölkələri məhv edək.

Xarici bir dövlət bir ərəb dövlətini işğal edib prezidentini asır, biz isə bir qıraqda oturub gülürük.
Səddam Hüseynin edamı ilə bağlı niyə araşdırma aparılmır? Hərbi əsir, ərəb ölkəsinin prezidentini və Ərəb Liqasının üzvünü necə asmaq olar?
İndi Səddam Hüseynin yürütdüyü siyasətdən, onunla fikir ayrılıqlarımızdan danışılmır. Bizim hamımızın bir-birimizlə olduğu kimi onunla da siyasi fikir ayrılığımız olub. Bu otaqdan kənarda bizi heç nə birləşdirmir.
Səddam Hüseynin qətlini niyə araşdırmırlar?
Bütöv bir ərəb ölkəsinin rəhbərliyi asılaraq edam edildi. Biz də bir kənarda oturmuşuq. Nə üçün?
Burada oturanlardan hər biri növbəti qurban ola bilər!
Amerika Xomeneyə qarşı Səddam Hüseynlə çiyin-çiyinə vuruşdu! Hüseyn onların dostu idi. Dik Çeyni Səddam Hüseynlə dost idi. Donald Ramsfeld İraqı məhv edəndə ABŞ-ın müdafiə naziri kimi Səddam Hüseynin yaxın dostu idi.
Amma axırda onu satıb asdılar!
Siz Amerika ilə dostsunuz. Yox, deyəcəyəm, biz Amerika ilə dostuq, amma bir gün bizi asa bilər”.

 

 

Post navigation

Previous: Sumqayıtda Narkoloji Dispanserdə müalicə alan şəxs ölüb
Next: POS-terminallardan istifadə ilə bağlı 467 obyektdə qanun pozuntusu aşkarlanıb

Oxşar xəbərlər

oqrular esas
  • Araşdırma

Gündüz fəhlə, gecə quldur… – Bakıda kassaları qarət edən dəstə necə ifşa olundu?

User 15 Noyabr 2026 - 15:47
heyder eliyev kitab
  • Araşdırma

Heydər Əliyevlə bir kadrda – 45 il əvvəlki şəkildə olan şəxslər kimdir? / FOTOXRONİKA

User 09 Noyabr 2026 - 23:18
bmt katib nasist
  • Araşdırma

BMT-nin Baş katibinin gizlətdiyi nasist keçmişi – Kurt Valdhaymın böyük sirri

User 07 Noyabr 2026 - 20:13

xƏBƏR

tramp teyyare
  • Dünya

Tramp təyyardən Avropa liderlərinə zəng etdi – “Ukraynaya yardımı dayandırın!”

User 19 Noyabr 2026 - 21:52
ABŞ Prezidenti Donald Tramp Avropa ölkələrinin Ukraynaya gələcək hərbi və maliyyə dəstəyini davam etdirməsinin məqsədəuyğunluğunu şübhə altına...
Read more about Tramp təyyardən Avropa liderlərinə zəng etdi – “Ukraynaya yardımı dayandırın!”
Beynəlxalq axtarışda olan Zinyət Səfərova Azərbaycana gətirilib hebs qadin
  • Sosial

Beynəlxalq axtarışda olan Zinyət Səfərova Azərbaycana gətirilib

User 19 Noyabr 2026 - 21:17
Məleykə Abbaszadə BDU-nun kollektivinə təqdim olunub meleyke bdu
  • Sosial

Məleykə Abbaszadə BDU-nun kollektivinə təqdim olunub

User 19 Noyabr 2026 - 18:25
Badamdarda sürüşmə – İnsanlar təxliyə olunur surusme badadar
  • Baş Yazı

Badamdarda sürüşmə – İnsanlar təxliyə olunur

User 19 Noyabr 2026 - 18:19
İlham Əliyev Vyetnama rəsmi səfərə gedib ilham vyetnam01
  • Siyasət

İlham Əliyev Vyetnama rəsmi səfərə gedib

User 19 Noyabr 2026 - 18:16
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.