Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Katogriyasız

QHT “Bələdiyyə fəaliyyətinin genişləndirilməsi” layihəsinin növbəti tədbirini keçirib

User 01 İyul 2025 - 09:35 (Last updated: 01 İyul 2025 - 21:53)
be05

D. Əliyeva adına Azərbaycan Qadınlarının Hüquqlarının Müdafiə Cəmiyyəti İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Bələdiyyə fəaliyyətinin genişləndirilməsi” layihəsinin birinci mərhələsi çərçivəsində növbəti tədbirini 25 iyun 2025-ci il tarixində Şirvan şəhər Gənclər Mərkəzində təşkil edib.

Tədbirdə əsasən Şirvan şəhər  bələdiyyə və icra nümayəndələrindən olan şəxslər daxil olmaqla 20 nəfər iştirak edib.

İştirakçılara Donor və layihə barədə ətraflı məlumat verilib. Bildirilib ki, layihə iki mərhələdən ibarətdir. Birinci mərhələdə bələdiyyələrin fəaliyyətinin təkmilləşdirilməsi, qanunvericilik və real icra mexanizmləri, bələdiyyə-əhali və bələdiyyə-sahibkar münasibətlərinin inkişafı məsələləri diqqət mərkəzində olacaq. İkinci məsələ kimi isə bələdiyyələrin maliyyə dayanıqlığının artırılmasına həsr olunacaq. Bu kontekstdə 2024-cü ildə Milli Məclisdə birinci oxunuşdan keçmiş və bələdiyyələrin qrant alma imkanlarını nəzərdə tutan “Qrantlar haqqında” qanun layihəsindəki dəyişikliklərə istinad olunub.
Tədbirdə iştirakçılarla geniş müzakirələr aparılıb. Müzakirələr zamanı xüsusilə evlərin çıxarışlarının verilməməsi səbəbindən əhalinin əmlak vergisini ödəməməsi məsələsinə toxunulub.
Bu vəziyyətin bələdiyyələrin maliyyə dayanıqlığına mənfi təsir etdiyi və ümumilikdə vergilərin toplanmasında ciddi çətinliklər yaratdığı vurğulanıb.

İştirakçılara “Sosial xidmət haqqında” qanun və Qanunun 26-cı maddəsində nəzərdə tutulmuş sosial xidmət sahəsində dövlət sifarişlərinin bələdiyyələrə, fiziki və hüquqi şəxslərə, o cümlədən qeyri-hökumət təşkilatlarına verilməsi qaydasını müəyyən edən Fərmanla bağlı, Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin qeydiyyat və  müraciət formaları haqqında və layihə təkliflərinin  və  hesabatların hazırlanması haqda bilgilər verildi.

Tədbirin sonunda iştirakçılar kiçik qruplara bölünərək seçdikləri ideyalar əsasında layihə təklifi hazırlayıb təqdim ediblər. Onlara ev tapşırığı olaraq ikinci mərhələdə təqdim etmək üçün bir layihə ideyasını layihələşdirmək və ona uyğun büdcə hazırlamaq tapşırılıb.

Tədbir çay və şirniyyat süfrəsi ilə yekunlaşıb.

 

AzPost.az

Post navigation

Previous: “Qardaşlarımın nəşlərinə baxdım, ölümcül işgəncə izləri var” –
Next: Binəqədidə tapılan qədim kərgədan –

Oxşar xəbərlər

valyuta
  • Katogriyasız

Bu günə olan valyuta məzənnələri

User 21 Oktyabr 2026 - 09:41
sabah uefa
  • Katogriyasız

“Sabah” “Borussiya”ya məğlub oldu – Çempionlar Liqası

User 20 Oktyabr 2026 - 23:24
zelenski uitkof
  • Katogriyasız

ABŞ Ukraynaya təhlükəsizlik zəmanəti verdi – Zelenski Rusiyaya təklifini açıqladı

User 20 Oktyabr 2026 - 22:28

xƏBƏR

rus ukr danisiq
  • Dünya

Rusiya, Ukrayna və ABŞ Əbu-Dabidə görüşəcək – Putin tarixi təsdiqlədi

User 06 Noyabr 2026 - 22:22
Rusiya Prezidenti Vladimir Putin Rusiya, Ukrayna və ABŞ nümayəndələrinin iştirakı ilə Əbu-Dabidə üçtərəfli danışıqların keçiriləcəyini təsdiqləyib. Noyabrın...
Read more about Rusiya, Ukrayna və ABŞ Əbu-Dabidə görüşəcək – Putin tarixi təsdiqlədi
Putin Ukraynadan daha böyük ərazi güzəştləri istəyir – Trampın “böyük saziş” planı putin herbi
  • Dünya

Putin Ukraynadan daha böyük ərazi güzəştləri istəyir – Trampın “böyük saziş” planı

User 06 Noyabr 2026 - 22:10
Dəmir çatışmazlığı olanlar hansı əti yeməlidir? – Həkimdən xəbərdarlıq et bazari
  • Sosial

Dəmir çatışmazlığı olanlar hansı əti yeməlidir? – Həkimdən xəbərdarlıq

User 06 Noyabr 2026 - 22:00
Oynaq ağrılarının hava ilə əlaqəsi varmı? – Mütəxəssis rəyi ayaq aqri
  • Maraqlı

Oynaq ağrılarının hava ilə əlaqəsi varmı? – Mütəxəssis rəyi

User 06 Noyabr 2026 - 21:51
Fastfudun təhlükəsiz norması varmı? – Dietoloq vacib məqamı açıqladı yemek fastfud
  • Sosial

Fastfudun təhlükəsiz norması varmı? – Dietoloq vacib məqamı açıqladı

User 06 Noyabr 2026 - 20:58
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.