Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Katogriyasız

QHT–Biznes tərəfdaşlığında yeni mərhələ – tərəfələr arasında etimadsızlıq necə aradan qaldırılacaq?

User 13 Oktyabr 2026 - 19:18 (Last updated: 19 Oktyabr 2026 - 19:20)
WhatsApp Image 2026-10-19 at 19.17.09 (4)

KSM sahəsində biznes və QHT əməkdaşlığı müzakirə edilib, 50 şirkət və 98 QHT arasında keçirilmiş genişmiqyaslı sorğunun nəticələri açıqlanıb.

“QHT-lərin 61.2%-i biznesin əsas hədəfini sadəcə PR və brend reklamı hesab etdiyi halda, şirkətlərin 68.0%-i tərəfdaşlıqda ən mühüm meyar kimi məhz real və ölçülə bilən sosial təsirlə əlaqədar nəticələri önə çəkir. PR gözləntisi isə 48% təşkil edir”.

Bu məlumat 12 oktyabr 2026-cı il tarixdə “Prioritet” Sosial İqtisadi Araşdırmalar Mərkəzi İctimai Birliyi tərəfindən “KSM sahəsində biznes-QHT əməkdaşlığının perspektivləri və gözləntilər” mövzusunda onlayn formatda ictimai müzakirədə sələndirlib.
İctimai müzakirə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə icra olunan “QHT–Biznes tərəfdaşlığının gücləndirilməsi: sosial məsuliyyət üçün birgə təşəbbüslər” layihəsi çərçivəsində baş tutub. Tədbirdə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Azərbaycan Sahibkarlar Konfederasiyası (ASK) və Azərbaycan Milli QHT Forumunun (AMQF) tərəfdaşlığı ilə baş tutan tədbirə dövlət qurumları, biznes assosiasiyaları, aparıcı yerli və xarici şirkətlər, eləcə də vətəndaş cəmiyyəti institutlarının 80-dən çox nümayəndəsi qatılıb. İctimai müzakirəyə ABB, Unibank, Referans Medical Group (RMG), Hədəf Şirkətlər Qrupu, “Nar”, Sağlam Ailə Tibb Mərkəzi, «Mətanət A», Veysəloğlu Şirkətlər Qrupu kimi korporativ sektorun KSM sahəsində fəal təmsilçiləri, Fayda İş Adamları Platforması, Networking Azerbaijan klubu, Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası ilə yanaşı 30-dan çox kiçik və orta biznes subyekti nümayəndəsi qatlıb.
Tədbirin açılışında çıxış edən layihə rəhbəri, “Prioritet” SİAM İB sədri Zaur İbrahimli, KOBİA nümayəndəsi Eldəniz Əmirov və AMQF İdarə Heyətinin sədri Ramil İskəndərli ölkəmizdə ənənəvi xeyriyyəçilikdən müasir ESG (Ekoloji, Sosial və İdarəetmə) standartlarına və ölçülə bilən sosial təsir modellərinə keçidin əhəmiyyətini, dövlət-özəl-vətəndaş cəmiyyəti üçtərəfli dialoqunun vacibliyini vurğulayıblar.

Müzakirə çərçivəsində layihə ekspertləri Əhməd Abbasbəyli, Mirəli Hüseynov və Əliməmməd Nuriyev tərəfindən 50 şirkət və 98 QHT arasında keçirilmiş genişmiqyaslı sosioloji tədqiqatın nəticələri ilk dəfə ictimaiyyətə təqdim olunub. Tədqiqat tərəflər arasında dörd kritik ziddiyyəti və əməkdaşlığın genişlənməsinə mane olan institusional çətinlikləri üzə çıxarıb. Şirkətlərin 84%-i (o cümlədən 54%-i tam) yerli QHT-lərə etimad göstərdiyini bildirsə də, QHT-lərin 80.7%-i biznesin onlara etimadının çox aşağı və ya ehtiyatlı olduğunu düşünür. Bu, tərəflər arasında ciddi məlumatlandırma və təsəvvür çatışmazlığının mövcudluğunu sübut edir.

QHT-lərin 61.2%-i biznesin əsas hədəfini sadəcə PR və brend reklamı hesab etdiyi halda, şirkətlərin 68.0%-i tərəfdaşlıqda ən mühüm meyar kimi məhz real və ölçülə bilən xalis sosial təsiri önə çəkir (PR gözləntisi isə 48% təşkil edir). QHT-lərin 64.3%-i, şirkətlərin isə 40.0%-i birbaşa dialoq və əlaqələndirmə platformalarının olmamasını əməkdaşlığın qarşısındakı ən böyük institusional əngəl kimi qiymətləndirir.

Şirkətlərin 74%-i peşəkar və maraqlı təklif olduğu təqdirdə QHT-lərlə birgə işləməyə tam hazır olduğunu bəyan edib. Bununla belə, daxil olan müraciətlərin yalnız 24%-i biznes formatına və korporativ strategiyalara uyğundur.
Təcrübə mübadiləsi sessiyasında Türkiyə Kurumsal Sosyal Sorumluluk Derneğinin (TKSD) İdarə Heyətinin üzvü Feride Doğan qardaş ölkənin qabaqcıl tərəfdaşlıq təcrübəsini bölüşüb. Həmçinin “Veysəloğlu Şirkətlər Qrupu”nun Korporativ Kommunikasiyalar direktoru Sənubər Nəzərova, “UNISER Group”un rəhbəri Emin Xankişiyev nümayəndələri korporativ sektorun həyata keçirdiyi uğurlu sosial layihələri və QHT-lərlə səmərəli əməkdaşlıq modellərini, tövsiyyələrini iştirakçıların diqqətinə çatdırıblar.

Tədbirdə ekspert rəyi ilə çıxış edən Azərbaycan-Fransa Ticarət və Sənaye Palatasının (AFchamber) İdarəedici Direktoru Ceyhun Atayev müasir idarəetmədə KSM-dən ESG-yə keçid meyarları və ortaq sosial təsir dizaynı barədə ətraflı məruzə edib.
ABB Marketinq departamentinin direktor müavini Yadigar Cəfərli iştirakçıların suallarını cavablandırıb və öz tövsiyyələrini verib.

QHT sədrlərindən İsrail İskəndərov, Mehriban Zeynalova, Vüsalə Hüseynli, Çingiz Nəzərov, Südabə Məmmədova, Eynulla Xeyrullayev Xəyalə Mütəllimova, Rafət Şirəliyev və digərləri öz qeydlərini və təkliflərini diqqətə çatdırıblar.
Açıq müzakirələr zamanı Vergi Məcəlləsinin 106.1.18-ci maddəsinə və Nazirlər Kabinetinin 88 saylı Qərarına dəyişiklik edilərək təhsil, səhiyyə və idman üzrə akkreditasiyadan keçmiş QHT-lərin layihələrinə ayrılan vəsaitlərin mənfəət vergisindən azad olunması, eləcə də biznes və vətəndaş cəmiyyətinin təşəbbüslərini əlaqələndirən Vahid rəqəmsal platformanın və üçtərəfli əlaqələndirmə işçi qrupunun yaradılması təklifləri irəli sürülüb.

Tədbirin yekununda səsləndirilən rəy və təkliflərin ümumiləşdirilərək dövlət qurumlarına və biznes assosiasiyalarına tövsiyələr paketi şəklində təqdim ediləcəyi bildirilib.

 

AzPost.az

Post navigation

Previous: 50 yaşdan sonra 7 kiloqram arıqladı –
Next: MI5 Rusiyanı “bir nömrəli təcavüzkar” adlandırdı

Oxşar xəbərlər

valyuta
  • Katogriyasız

Bu günə olan valyuta məzənnələri

User 21 Oktyabr 2026 - 09:41
sabah uefa
  • Katogriyasız

“Sabah” “Borussiya”ya məğlub oldu – Çempionlar Liqası

User 20 Oktyabr 2026 - 23:24
zelenski uitkof
  • Katogriyasız

ABŞ Ukraynaya təhlükəsizlik zəmanəti verdi – Zelenski Rusiyaya təklifini açıqladı

User 20 Oktyabr 2026 - 22:28

xƏBƏR

putin uitkof
  • Dünya

ABŞ, Rusiya və Ukrayna arasında üçtərəfli danışıqların növbəti mərhələsi başlayır

User 21 Oktyabr 2026 - 21:39
ABŞ Prezidentinin xüsusi elçisi Stiv Uitkoff müharibənin dayandırılmasına yönəlmiş Rusiya, Ukrayna və Avropa nümayəndələri ilə danışıqların konstruktiv...
Read more about ABŞ, Rusiya və Ukrayna arasında üçtərəfli danışıqların növbəti mərhələsi başlayır
İran ABŞ-a 7 maddəlik plan təqdim etdi – Müharibə nə vaxt dayanır? abs iran danisiq
  • Dünya

İran ABŞ-a 7 maddəlik plan təqdim etdi – Müharibə nə vaxt dayanır?

User 21 Oktyabr 2026 - 21:31
Ərdoğan Prezident İlham Əliyevə zəng edib ilham erdoqan
  • Baş Yazı

Ərdoğan Prezident İlham Əliyevə zəng edib

User 21 Oktyabr 2026 - 19:54
Putin noyabrda ABŞ və Ukrayna ilə danışıqlara hazır olduğunu bəyan edib – AÇIQLAMA putin uitkof
  • Dünya

Putin noyabrda ABŞ və Ukrayna ilə danışıqlara hazır olduğunu bəyan edib – AÇIQLAMA

User 21 Oktyabr 2026 - 18:30
“Şahdəniz”də yeni mərhələ – Kompressiya layihəsi Azərbaycana nə qazandıracaq? Şahdəniz
  • Baş Yazı

“Şahdəniz”də yeni mərhələ – Kompressiya layihəsi Azərbaycana nə qazandıracaq?

User 21 Oktyabr 2026 - 18:14
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.