Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • QHT

QHT-lər üçün yeni imkanlar açılır –

User 24 İyun 2026 - 16:07
qht buk

Dövlət büdcəsindən maliyyələşdirilən və qeyri-hökumət təşkilatlarına qrant, dövlət sifarişi, subsidiya və digər maliyyə dəstəyi göstərə bilən qurumlar tərəfindən həyata keçirilən maliyyələşdirmə prosesi “bir pəncərə” prinsipi əsasında təşkil ediləcək. Bu barədə Nazirlər Kabineti qərar qəbul edib.

“Bakı və Regionların Birgə İnkişafı” Platforması İctimai Birliyinin sədri Təbriz Ağayev açıqlamasında deyib ki, QHT-lərin dövlət tərəfindən maliyyələşdirilməsi sahəsində vahid yanaşmanın formalaşdırılması baxımından bu qərar əhəmiyyətlidir: “Bu nizamlanmanın məqsədi şəffaflığın artırılması, hesabatlılığın, maliyyələşdirmə proseslərinin əlaqələndirilmiş və elektron qaydada həyata keçirilməsinin təmin olunmasıdır. Vahid elektron bazanın yaradılması şəffaflıq baxımından çox mühümdür. Yeri gəlmişkən, kiçik qrantların məbləğinin artırılması QHT-lərin fəaliyyətinə geniş imkanlar yaradacaq”.

T.Ağayev bildirib ki, son 5 ildə vətəndaş cəmiyyətinin inkişafı istiqamətində atılan addımlar təqdirolunasıdır: “Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin apardığı uğurlu islahatlar vətəndaş cəmiyyətində keyfiyyət dəyişikliyi yaradıb. Vətəndaş cəmiyyəti yenilənib, müsbət imic qazanıb. Artıq sektorda müxtəlif dövlət qurumlarından dəstək axtaran ələbaxan təşkilatlar yoxdur. Tam şəffaf qrant müsabiqələri keçirilir, qaliblər müəyyənləşir, cəmiyyətə faydalı layihələr icra olunur. Son illər QHT-lərin maddi texniki bazası güclənib, beynəlxalq əlaqələri genişlənib. Vətəndaş cəmiyyəti fəalları beynəlxalq platformalarda daha çox görünür, əlaqələr qurur, mühüm təşəbbüslərlə çıxış edirlər”.

QHT sədri deyib ki, aparılan siyasət, verilən qərarlar vətəndaş cəmiyyətinin inkişafına təkan verəcək. “Bu yeniliklər vətəndaş cəmiyyətinin inkişafında yeni mərhələnin əsasını qoyacaq. Artıq QHT-lər dövlətin etibarlı dəstəyini daha yaxından hiss edəcəklər. İş görmək üçün meydan var, şərait yaradılıb, maliyyə də ayrılır. Bəziləri üçün bütün bəhanələr kəsilir. Artıq iş zamanı, cəmiyyətə xidmət zamanıdır. Təəssüf ki, yeni qərardan əndişə duyanlar da tapılır. Amma bu, əbəsdir. Verilən qərarlar dövlətin vətəndaş cəmiyyəti siyasətinin idarə olunmasını asanlaşdıracaq, maliyyələşdirmə mexanizmlərini təkmilləşdirəcək və büdcədən ayrılan vəsaitlərin daha səmərəli istifadəsinə şərait yaradacaq.

QHT-lərə Dövlət Dəstəyi Agentliyinin ayırdığı vəsait 15 milyon manat civarındadır. Digər dövlət qurumları qrantlara xeyli vəsait ayırır. Bəzi hallarda ayrı-ayrı təşkilatların eyni məzmunlu layihələri müxtəlif dövlət qurumları tərəfindən maliyyələşdirilir. Yeni qərar bu sahədə pərakəndəliyi aradan qaldıracaq. İşləmək, fayda vermək istəyən heç kim kənarda qalmayacaq”.

AzPost.az

Post navigation

Previous: Axşam 8-dən sonra yemək kökəldir? –
Next: Bakcell-in dəstəyi ilə keçirilən “SummerStack Bootcamp” başladı

Oxşar xəbərlər

qht mina
  • QHT

Gəncədə minadan zərərçəkənlərin iştirakı ilə amputant futbol oyunu keçirilib

User 06 Noyabr 2026 - 20:29
a01
  • QHT

“Məktəb-Valideyn Tərəfdaşlığı” çərçivəsində maarifləndirici tədbir keçirilib

User 01 Noyabr 2026 - 10:31
qht mekteb01
  • QHT

Məktəb-valideyn tərəfdaşlığı ilə bağlı maarifləndirici tədbir keçirilib

User 30 Oktyabr 2026 - 12:30

xƏBƏR

rus ukr danisiq
  • Dünya

Rusiya, Ukrayna və ABŞ Əbu-Dabidə görüşəcək – Putin tarixi təsdiqlədi

User 06 Noyabr 2026 - 22:22
Rusiya Prezidenti Vladimir Putin Rusiya, Ukrayna və ABŞ nümayəndələrinin iştirakı ilə Əbu-Dabidə üçtərəfli danışıqların keçiriləcəyini təsdiqləyib. Noyabrın...
Read more about Rusiya, Ukrayna və ABŞ Əbu-Dabidə görüşəcək – Putin tarixi təsdiqlədi
Putin Ukraynadan daha böyük ərazi güzəştləri istəyir – Trampın “böyük saziş” planı putin herbi
  • Dünya

Putin Ukraynadan daha böyük ərazi güzəştləri istəyir – Trampın “böyük saziş” planı

User 06 Noyabr 2026 - 22:10
Dəmir çatışmazlığı olanlar hansı əti yeməlidir? – Həkimdən xəbərdarlıq et bazari
  • Sosial

Dəmir çatışmazlığı olanlar hansı əti yeməlidir? – Həkimdən xəbərdarlıq

User 06 Noyabr 2026 - 22:00
Oynaq ağrılarının hava ilə əlaqəsi varmı? – Mütəxəssis rəyi ayaq aqri
  • Maraqlı

Oynaq ağrılarının hava ilə əlaqəsi varmı? – Mütəxəssis rəyi

User 06 Noyabr 2026 - 21:51
Fastfudun təhlükəsiz norması varmı? – Dietoloq vacib məqamı açıqladı yemek fastfud
  • Sosial

Fastfudun təhlükəsiz norması varmı? – Dietoloq vacib məqamı açıqladı

User 06 Noyabr 2026 - 20:58
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.