Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

QHT “Səssiz Xəbərdarlıq” layihəsinə start verib

User 01 May 2026 - 20:27 (Last updated: 03 May 2026 - 20:57)
qht

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Eşitmə və Nitq Məhdudiyyətli Şəxslərə Sosial Yardım” İctimai Birliyi tərəfindən “Səssiz Xəbərdarlıq” – fövqəladə hallar zamanı səssiz, vizual xəbərdarlıq adlı layihəyə start verilib.

Təşkilat sədri və layihə rəhbəri Cəmilə Çingizqızı  açqılmasında bildirib ki, layihənin əsas məqsədi fövqəladə hallar zamanı eşitmə məhdudiyyətli şəxslərin təhlükəsizliyini təmin etmək, onların operativ və düzgün məlumat almasına şərait yaratmaq, həmçinin bu sahədə mövcud boşluqları aradan qaldırmaqdır. Məlum olduğu kimi, fövqəladə vəziyyətlərdə verilən səsli xəbərdarlıqlar eşitmə məhdudiyyətli şəxslər üçün əlçatan olmur və bu da onların həyat və sağlamlığı üçün ciddi risklər yaradır. “Səssiz Xəbərdarlıq” layihəsi məhz bu problemi həll etməyə yönəlib.

3 ay müddətində həyata keçiriləcək layihə çərçivəsində fövqəladə hallar zamanı eşitmə məhdudiyyətli şəxslərin davranış qaydaları, təhlükəsizlik tədbirləri və düzgün reaksiyalar barədə geniş maarifləndirmə işi aparılacaq.

Bu istiqamətdə:

  • vizual və işarət dilində məlumatlandırıcı videolar hazırlanacaq,
  • işarə dili ilə izahlı maarifləndirici materiallar təqdim olunacaq,
  • sosial şəbəkələr və rəqəmsal platformalar vasitəsilə məlumatlar geniş auditoriyaya çatdırılacaq,
  • çap və elektron formada maarifləndirici vəsaitlər hazırlanaraq paylanacaq.

Layihə çərçivəsində həmçinin fövqəladə hallar zamanı istifadə oluna biləcək vizual xəbərdarlıq vasitələrinin təşviqi, inklüziv təhlükəsizlik yanaşmasının təbliği və cəmiyyətin bu mövzuda məlumatlılığının artırılması da nəzərdə tutulur.

Layihə rəhbərinin sözlərinə görə layihənin həyata keçirilməsi eşitmə məhdudiyyətli şəxslərin fövqəladə hallarda daha təhlükəsiz və məlumatlı davranmasına imkan yaradacaq, eyni zamanda dövlət qurumları və cəmiyyət üçün inklüziv yanaşmanın vacibliyini bir daha önə çıxaracaq.

“Səssiz Xəbərdarlıq” layihəsi inklüziv təhlükəsizlik mühitinin formalaşdırılmasına töhfə verməyi və eşitmə məhdudiyyətli şəxslərin həyat keyfiyyətinin artırılmasını hədəfləyir.

AzPost.az

Post navigation

Previous: İran müharibəsi ABŞ üçün hansı sahədə ciddi problemlər yaradıb?
Next: Bu səhər yeməyi orqanizmə ziyan verir –

Oxşar xəbərlər

gulmek
  • Sosial

İnsan hirsindən nə üçün gülür? – Psixoloqlar bunun səbəbini açıqlayır

User 21 Oktyabr 2026 - 17:23
derman
  • Sosial

İnsultun müalicəsində yeni dərman təsdiqləndi – Laxtanı saniyələr içində həll edir

User 21 Oktyabr 2026 - 17:11
menzil
  • Sosial

Kirayə mənzil almaq istəyənlər üçün yeni qaydalar – şərtlər dəyişdi

User 21 Oktyabr 2026 - 16:41

xƏBƏR

putin uitkof
  • Dünya

ABŞ, Rusiya və Ukrayna arasında üçtərəfli danışıqların növbəti mərhələsi başlayır

User 21 Oktyabr 2026 - 21:39
ABŞ Prezidentinin xüsusi elçisi Stiv Uitkoff müharibənin dayandırılmasına yönəlmiş Rusiya, Ukrayna və Avropa nümayəndələri ilə danışıqların konstruktiv...
Read more about ABŞ, Rusiya və Ukrayna arasında üçtərəfli danışıqların növbəti mərhələsi başlayır
İran ABŞ-a 7 maddəlik plan təqdim etdi – Müharibə nə vaxt dayanır? abs iran danisiq
  • Dünya

İran ABŞ-a 7 maddəlik plan təqdim etdi – Müharibə nə vaxt dayanır?

User 21 Oktyabr 2026 - 21:31
Ərdoğan Prezident İlham Əliyevə zəng edib ilham erdoqan
  • Baş Yazı

Ərdoğan Prezident İlham Əliyevə zəng edib

User 21 Oktyabr 2026 - 19:54
Putin noyabrda ABŞ və Ukrayna ilə danışıqlara hazır olduğunu bəyan edib – AÇIQLAMA putin uitkof
  • Dünya

Putin noyabrda ABŞ və Ukrayna ilə danışıqlara hazır olduğunu bəyan edib – AÇIQLAMA

User 21 Oktyabr 2026 - 18:30
“Şahdəniz”də yeni mərhələ – Kompressiya layihəsi Azərbaycana nə qazandıracaq? Şahdəniz
  • Baş Yazı

“Şahdəniz”də yeni mərhələ – Kompressiya layihəsi Azərbaycana nə qazandıracaq?

User 21 Oktyabr 2026 - 18:14
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.