Qırğızıstanda 20 min nəfərlik məscid tikilir- 51 milyon dollara başa gələcək (FOTO)

Qırğızıstan prezidenti Sadır Japarov Bişkek yaxınlığındakı Orto-Say kəndində müasir “İyman borboru” məscidinin təməlqoyma mərasimində iştirak edib.

Azpost.info xəbər verir ki, ikimərtəbəli məsciddə 20 min nəfərə qədər adam yerləşəcək və burada namaz qılmaq və din öyrənmək üçün hər cür şərait yaradılacaq.

İbadət kompleksinə inzibati bina və mənəvi təhsil müəssisəsi – mədrəsə daxildir.

Prezident bildirib ki, gələcəkdə bu məscid Orto-Say kəndinin memarlıq görkəmini bəzəyəcək və eyni zamanda, müsəlmanların yeni ibadət yeri olacaq.

“Qoy, bu dini obyekt öz həmvətənlərinin qayğısına qalan vətənpərvər insanlar yetişdirən bir inanc mərkəzinə çevrilsin”, – Japarov deyib.

Məscidin tikintisi xarici investorlar tərəfindən həyata keçirilir. Layihənin dəyəri 51 milyon dollardır.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.