“Qırğızıstan müstəqilliyini itirmək riski ilə üzləşib”- Prezident Japarov

“Qırğızıstan xarici borcunun ödənilməməsinə görə müstəqilliyini itirmək riski ilə üzləşib”.

Azpost.info xəbər verir ki, bunu Qırğızıstan prezidenti Sadır Japarov parlamentin iclasında çıxışı zamanı deyib.

“Yaxın 10 il ərzində biz 30 ildə topladığımız borcları ödəməliyik. Əgər biz pul verməsək, ölkənin müstəqilliyi təhlükə altında olacaq”, – Japarov bildirib.

O qeyd edib ki, xarici borc ödənişlərinin pik həddi onun prezidentlik müddətinə düşüb.

Bu il ölkə 289 milyon dollar, gələn il isə təxminən 314 milyon dollar ödəməlidir.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.