Qırğızıstan Rusiyaya qarşı sanksiyalara əməl edəcəyinə söz verib.
Azpost.info xəbər verir ki, bunu ölkənin xarici işlər naziri Jeenbek Kulubayev Bişkekdə keçirdiyi mətbuat konfransında bildirib.
“Biz sanksiyalara əməl etməyə hazırıq”, – Kulubayev deyib.
Onun sözlərinə görə, Avropa İttifaqından olan tərəfdaşlar Qırğızıstana Rusiyaya qarşı tətbiq edilən məhdudiyyətlərin pozulmasına yol verməməyi və müxtəlif kateqoriyalı malların təşviqinə nəzarət etməyi tövsiyə ediblər.
Bununla belə, XİN rəhbəri əlavə edib ki, Rusiya Qırğızıstanın əsas tərəfdaşı olaraq qalır.
Azpost.info