Qırğızıstan və Tacikistan razılığa gəldi - Münaqişə zonasında bağlanmış yollar açılacaq

Qırğızıstan və Tacikistanın işçi qruplarının nümayəndələri danışıqlardan sonra münaqişə zonasında bağlanmış yolların açılmasına qərar veriblər.

Azpost.info xəbər verir ki, bu barədə atəşkəs rejiminə riayət olunmasına nəzarət üzrə komissiyanın iclasından sonra Tacikistanın Suqd vilayəti başçısının ofisi məlumat yayıb.

Danışıqlar Tacikistan-Özbəkistan sərhədində yerləşən “Güliston” keçid məntəqəsində keçirilib. Tərəflər münaqişənin nəticələrinin tezliklə aradan qaldırılmasının vacibliyini qeyd ediblər.

“İşçi qrupları razılaşdı ki, yollar nəqliyyatın hərəkəti üçün açıq olmalıdır. Voruxun tacik icmasına gedən yol da açılıb”, – ofisdən bildirilib.

Tərəflər sərhəddə birgə patrul xidməti haqqında da razılığa gəliblər.

Sentyabrın 14-də Qırğızıstan-Tacikistan sərhəddində atışma başlayıb. Tərəflər bir-birini atəşkəsi pozmaqda ittiham ediblər. Təkcə Qırğızıstan tərəfdən 59 nəfər həlak olub, 140 nəfər yaralanıb. Bu gün – sentyabrın 19-da Qırğızıstanda həlak olanlar üçün milli matəm günü elan edilib.

Azpost.info

Əvvəlki məqalə

Nensi Pelosinin Ermənistana səfəri yekunlaşıb

Sonrakı məqalə

“AZAL”-ın Təhlükəsizlik İdarəsinin sabiq rəisi Emil Süleymanov azadlığa çıxıb