“AZAL”-ın Təhlükəsizlik İdarəsinin sabiq rəisi Emil Süleymanov azadlığa çıxıb

“AZAL” Dövlət Konserninin Aviasiya Təhlükəsizliyi İdarəsinin sabiq rəisi Emil Süleymanov 15 ildən sonra azadlığa çıxıb.

Azpost.info Gününsesi.info-ya istinadən bildirir ki, indiyədək 9 saylı cəzaçəkmə müəssisəsində saxlanılan Emil Süleymanov bir neçə gün əvvəl cəza müddətini başa vurub.

Xatırladaq ki, 15 il əvvəl  Ağır Cİnayətlərə Dair İşlər üzrə Hərbi Məhkəmədə sabiq rəis Emil Süleymanov və digər 4 nəfərə hökm oxunub.

Məhkəmənin hökmü ilə sabiq idarə rəisi Emil Süleymanova, əmlakı müsadirə olunmaqla 15 il, İdarənin Operativ İdarəetmə Xidmətinin rəisi Tamerlan Mikayılova 2 il 6 ay, xidmətin mühəndis-elektronçusu Tahir Əsədzadəyə 2 il 6 ay, idarənin mühəndis-proqramçısı Faiq Quliyevə 2 il və Milli Təhlükəsizlik Nazirliyinin (MTN) əməkdaşı, polkovnik-leytenant Rafət Əliyevə 3 il iş verilib.

Adıçəkilən şəxslər Rusiyaya casusluqda və vətənə xəyanətdə ittiham olunub.

Onu da qeyd edək ki, Emil Süleymanovun Eldar Mahmudovun qəzəbinə onun qanunsuz yolla  xaricdən idxal etdiyi mobil telefonlara bir dəfə “stop” qoyması olub.

Bundan sonra Emil Süleymanova qarşı MTN tərəfindən həbs planı hazırlanıb.

Əvvəlki məqalə

Qırğızıstan və Tacikistan razılığa gəldi

Sonrakı məqalə

Axtarışda olan 39 nəfər saxlanılıb –