Qırğızıstanda yeni Müdafiə Nazirliyi yaradılır.
APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə Qırğızıstan prezidenti Sadır Japarov fərman imzalayıb.
“Qırğızıstan Respublikası Müdafiə Dövlət Komitəsi və Silahlı Qüvvələrinin Baş Qərargahı əsasında Qırğızıstan Müdafiə Nazirliyinin yaradılması məqsədəuyğun hesab edilir”, Prezidentin mətbuat xidməti bildirib.