FHN Zığdakı modul tipli hospitalda uşaqlar üçün xüsusi çarpayıların yerləşdirilməsi barədə yayılan xəbərlərə aydınlıq gətirib

Fövqəladə Hallar Nazirliyi Zığ qəsəbəsində yerləşən koronaviruslu (COVID-19) xəstələrin müalicəsi üçün nəzərdə tutulan modul tipli hospitalda koronavirus infeksiyasına yoluxmuş uşaqlar üçün xüsusi çarpayıların yerləşdirilməsi barədə yayılan xəbərlərə aydınlıq gətirib.

APA-nın nazirliyin saytına istinadən verdiyi məlumatda bidirilir ki,  son günlər bəzi sosial şəbəkə səhifələrində Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin Bakı şəhərinin Zığ qəsəbəsində yerləşən koronaviruslu (COVID-19) xəstələrin müalicəsi üçün nəzərdə tutulan modul tipli hospitalında koronavirus infeksiyasına yoluxmuş uşaqlar üçün xüsusi çarpayıların yerləşdirilməsi barədə həqiqətə uyğun olmayan məlumatlar yayılır: “Fövqəladə Hallar Nazirliyi olaraq bu məlumatları qəti şəkildə təkzib edir və kütləvi informasiya vasitələri və sosial şəbəkə istifadəçilərinə bir daha müraciət edərək rəsmi olmayan, dəqiqləşdirilməmiş məlumatları yaymamağa çağırır, ictimaiyyətdən isə yalnız rəsmi məlumatlara etibar etməyi xahiş edirik”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

SOCAR: Yüksək keyfiyyətli dizel istehsalı 2022-ci ilə planlaşdırılıb

Sonrakı məqalə

Qırğızıstanda yeni Müdafiə Nazirliyi yaradılır